Diasporla İş üzrə Dövlət Komitəsinin sədri israilli jurnalistə müsahibə verib

Azərbaycanda səfərdə olan İsrailin “Mişpaxa” qəzetinin müxbiri İsrail Yoskoviç Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Komitə sədri jurnalistin Komitənin və Azərbaycan diasporunun fəaliyyəti, Azərbaycan və yəhudi diasporları arasında bugünkü əlaqələr, əməkdaşlıq perspektivləri, birgə layihələr, ölkəmizdəki yəhudi icması ilə münasibətlər barədə suallarına ətraflı cavab verib.
F.Muradov Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət barədə geniş məlumat verib, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğu ilə bağlı ideya və baxışlarını qonağın diqqətinə çatdırıb, ölkəmizdə müşahidə olunan yüksək tolerantlıq haqqında danışıb.
Görüşdə dünya ictimaiyyətinin erməni təxribatlları barədə məlumatlandırılmasında xarici media nümayəndələrinin, o cümlədən israilli jurnalistlərin roluna da nəzər yetirilib. İsrail Yoskoviç daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diaspor TV və Diaspor FM-in studiyası ilə tanış olub.
Qeyd edək ki, Azərbaycana səfəri çərçivəsində İsrail Yoskoviçin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri nəzərdə tutulur