Top.Mail.Ru

GÜNDƏM

İran millət vəkili: “ABŞ-ın İranla bağlı ümumi strategiyası İsrail lobbisinin təsiri altındadır”

ABŞ-dakı prezident seçkilərini yaxından izləyən İran millət vəkilləri, Donald Trump ilə Joe Bayden arasında heç bir fərq olmadığını deyiblər.

KAİM.az xarici mətbuata istinadən xəbər verir ki, Iran Milli Məclisində Amerikadakı seçkilər haqqında müzakirə baş tutub.

İran millət vəkilləri Ağ evdə kim oturursa otursun Washingtonun İrana münasibəti dəyişməyəcəyini deyirlər. İran millətvəkili Nizaməddin Musəvi İran üçün Tramp və Bayden arasında heç bir fərq olmadığını deyir. Onun sözlərinə görə ABŞ-ın ümumi strategiyası İsrail lobbisinin təsiri altındadır. “ABŞ-ın İrana dair ümumi strategiyası İsrail lobbisinin təsiri altındadır. Sionist lobbinin Demokratlar və Respublikaçılar ilə çox dərin əlaqələri var. Sionist lobbi hər iki tərəfə maddi dəstək verir. Bu, ABŞ-ın Yaxın Şərq və İran siyasətinin eyni qalmasının səbəblərindən biridir. ABŞ-ın Orta Şərqdəki əsas siyasəti İsrailin təhlükəsizliyidir. Millətvəkilləri Nüvə Sazişinin də tərəflər arasında münasibəti dəyişmədiyini deyir. Yəhudilərin İrandakı nümayəndəsi və vəkili Hümayun Samehyah Nəcəfabadi, Trump ya da Biden qazansa da, ABŞ-ın İranla əlaqəli ümumi siyasətində dəyişiklik olmayacağını bildirib. Nəcəfabadi, “Tramp sərt siyasətləri ilə, Bayden isə daha yumşaq mesajları ilə diqqət çəkir. ABŞ da siyasət yalnız bir adam deyil, siyasi determinantlar idarə edir”

Loading...
Yazının davamı reklamdan sonra

İranda seçki nəticələrinin ABŞ-ın İrana qarşı siyasətində heç bir dəyişiklik yaratmayacağını düşünülür.

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button