Top.Mail.Ru

GÜNDƏM

ABŞ və Taliban arasındakı gizli anlaşma İFŞA EDİLDİ : Məxfi sənəd ÜZƏ ÇIXDI

“ABŞ və Taliban arasında gizli anlaşma əldə edilib. Bu barədə BMT Təhlükəsizlik Şurasının son hesabatında qeydlər var”.

KAİM.az xəbər verir ki, bu barədə türk siyasi ekspert Fateh Çekirge deyib.

“Analitik Dəstək və Sanksiyaların Monitorinq Qrupu tərəfindən hazırlanan “Əfqanıstanda sülhə, sabitliyə və təhlükəsizliyə təhlükə yaradan Taliban və digər əlaqəli şəxslər və qurumlar” adlı 12-ci hesabatdan söhbət gedir. Çox təəccüblü tapıntılar var. Hesabatın yeni və maraqlı tərəfi “Taliban və “Əl-Qaidə” adlı 41-ci maddəsi ilə bağlıdır. Bu maddədə 2020-ci ilin fevral ayında ABŞ və Taliban arasında Dohada imzalanan müqavilənin əsas mətninə “gizli əlavələr”in olunduğu ilk dəfə BMT Təhlükəsizlik Şurasının bir hesabatında yazıldığı açıqlanır”, – ekspert bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Onun sözlərinə görə, bu, BMT hesabatında ilk dəfədir ki, ABŞ-ın Talibanla əlbir olduğunu qeyd edilir:

“Anlaşmadan belə məlum olur ki, ABŞ geri çəkilmə qərarını çoxdan verib və Talibandan geri çəkilənə qədər hücumu təxirə salmasını istəyib. Bu hesabatın fonunda Əfqanıstan Prezidenti Əşrəf Qəninin niyə ABŞ-ı ittiham etməsinin səbəbi daha yaxşı anlaşılır.

Hesabatdakı bu cümlə ABŞ-ın Talibanla əldə etdiyi razılaşmanın xülasəsinə bənzəyir: “Əl-Qaidə rəhbərliyinin əsas heyəti Əfqanıstanın Pakistanla bitişik 15 əyalətində yerləşir və təşkilat beynəlxalq aləmdə çaxnaşma yaradacaq addımlarını atmaq üçün “strateji səbr”lə ABŞ və NATO qüvvələrini ölkədən çıxmasını gözləyib”.

/ teleqraf

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button