Top.Mail.Ru

GÜNDƏM

“ABŞ və koalisiya dövlətlərinin Əfqanıstana yönəltdiyi trilyonlar, sadəcə, “YEYİLDİ”…”

”Təki, heç olmasa, bundan sonra sülh olsun, insanlar, uşaqlar, qadınlar boş yerə həlak olmasın…”

2001-ci ilin müəmmalı 11 sentyabr terror olaylarından sonra  Əfqanıstana “beynəlxalq terrorçuluğa qarşı mübarizə”, “Ben Ladenə ölüm, “demokratiya”, azadlıq” və s. hay-küyü işə soxulan və  BMT-nin və bir sıra ölkələrin, o cümlədən Rusiyanın terrorçu təşkilat kimi tanıdığı “Taliban” hakimiyyətini devirən işğalçı ABŞ-ın 20 il ərzində gördüyü işlər sonda yenidən  eyni radikal hərəkatın hakimiyyətə  qayıtmasına gətirib çıxardı…
Bəs elə isə  ABŞ  və koalisya  dövlətləri  2001-ci ildən bəriki işğal müddətində Əfqanıstanda hansı iş gördü,  heç  xalqı  üçün demirik, özü üçün nələrə nail oldu? Yoxsa elə Ağ Evə hər gələn Prezident öz bildiyini etməklə kortəbii proseslər baş verdi?..
Mövzu ilə bağlı KAİM.az-ın suallarına cavab verən Azərbaycanın sabiq baş diplomatı, politoloq Tofiq Zülfüqarov bunları söyləyib:
“Sovetlərin vaxtında öyrəşmişdik ki, hər ölkənin bir ideologiyası olmalıdır. SSRİ dağıldı və kommunist ideologiyasından azad olquq.  Və yeni bir ideologiya gəldi – demokratiya.  Amma bəlli oldu ki, bu ideiologiyaların heç  biri Əfqanıstana yaramır.  Həm də hər ölkə öz maraqlarını həyata keçirir.  Hiss olunur ki,  ABŞ üçün artıq bu bölgə  maraq kəsb etmir.  Yəni dünyada digər fövqəl güc formalaşıb. Bu da Çindir.  Və bu baxımdan  o uzaqlıqdan bu qədər maliyyə vəsaiti sərf etmək bəlkə də ABŞ-ın maraqlarından kənar olan məsələdir».
Politoloq 20 il ərzindən ABŞ və koalisiya dövlətlərinin Əfqanıstana yönəltdiyi vəsaitlərdən də bəhs edib.
“ABŞ  Əfqanıstandakı əməliyyatlar üçün 2 trilyon dollara yaxın,  Almaniya 300 milyard avrodan çox vəsait xərcləyib.   Hamısını hesablasaq, qeyri-iradi düşünəcəyik ki, bəs Əfqanıstana yönəldilən pullar necə oldu, haraya xərcləndi. Elə bir güclü ordu qurulmayıb, infrastruktur yaradılmayıb. Bəzi araşdırmaçılar deyir ki, həmin trilyonlar, milyardlar,  sadəcə,  “yeyilib”… Təki, heç olmasa, bundan sonra sülh olsun, insanlar, uşaqlar, qadınlar boş yerə həlak olmasın. Baxaq, görək nə iş görürlər”- deyə sabiq Xarici İşlər naziri fikirlərini tamamlayıb.
Sultan Laçın

Mənbə
KAİM.AZ

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button