Top.Mail.Ru

GÜNDƏM

“300 minlik Əfqanıstan ordusu hərbçilərinın 200 mindən çoxu “ölü can”lar olub…”

“Və bu yeyintilərdə, sözsüz ki,  Ağ Evin və Pentaqonun bir sıra rəhbər məmurlarının da marağı olub…”
 


“Ağ Ev elə düşünürdü ki, Əfqanıstanda yaratdığı 300 minlik ordu orada, demək olar ki, özünün formalaşdırdığı hakimiyyəti qoruyacaq. Amma belə olmadı.  Bəs niyə? Hansı səbəblərdən? Çoxları belə hesab edir ki,  bu boyda nizami ordunun özündən azı 4 dəfə kiçik talib ordusu qarşısında  çökməsi əfqan ordusunun zəifliyi ilə, yaxud razılaşdırılmış siyasi gedişlə bağlı olub. Amma Əfqanıstana bələd olanlar bilir ki, əsl gerçəklik başqa cürdür”.
 
Bu fikirləri Kaim.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan kapitan Tərlan Eyvazov ifadə edib.
 
Həmsöhbətimiz son günlər əksəriyyəti maraqlandıran “ Necə oldu ki, Əfqanıstan hökumətinin 300 minlik ordusu iki həftədən də az bir müddətdə cəmi 70 minlik “Taliban” ordusu qarşısında çökdü” sualını tamamilə fərqli formada cavablandırıb.
 
“Əvvəla, əksər Şərq ölkələrində olduğu kimi, Əfqanıstan hakimiyyəti tərəfindən həddən ziyadə böyük siyasi səhvlərə yol verildi. Eks-prezident Həmid Kərzayi də, indi qaçqın olan prezident Əşrəf Qəni də seçkilərdə hazırda keçid hakimiyyətində təmsil olunan Abdullah Abdullaha uduzmuşdular. Amma Kərzayi də, Qəni də  ABŞ-ın “adamları” olduqlarına görə Abdullaha namizədliyini geri götürmək üçün təzyiqlər göstərdilər. Halbuki faktiki olaraq seçkiləri Abdullah udmuşdu… Yəni o hakimiyyətləri  xalq seçməmişdi…
 
Ä°kincisi,  əfqan ordusunda “komandos” birləşmələrindən savayı heç bir ordu bölməsi Talibana qarşı vuruşmaq istəmədi. Çünki (sovet vaxtında da belə faktların şahidi olmuşuq) Əfqanıstanda əksəriyyətin bir-biri ilə qohumluq əlaqələri var və heç kəs qarşı tərəfdə olacaq qohumuna güllə atmaq istəmir. 
 
Üçüncüsü və bəlkə də ən əsası, ABŞ-ın Əfqanıstana ayırdığı 1 trilyon dollara yaxın vəsaitin böyük bir hissəsi Əfqan hökumət ordusunun  qurulmasına xərclənsə də, həmin ordu sənədlərdə olduğu kimi qurulmayıb. Yəni sənəddə  300 min nəfər göstərilsə də, faktiki olaraq sırada heç 100 min hərbçi olmayıb. Araşdırmalardan bəlli olub ki, Əfqanıstan ordusunun hərbi qulluqçularının 200 mindən çoxu “ölü can”lardır.  Yəni həmin sayda ştatlara maliyyə vəsaiti ayrılıb, amma əslində bütöv taborlar, briqadalar var ki, adı var, özü yoxdur.  Bir sözlə, Əfqanıstan ordusuna ayrılan vəsaitin çoxu yeyilib. Həmin pullar da ilk növbədə prezidentin, onun məmurlarının Qərbdəki bank hesablarına yatırılıb. Və bu yeyintilərdə, sözsüz ki,  Ağ Evin və Pentaqonun bir sıra rəhbər məmurlarının da marağı olub.  Çünki  bu, olmasa, milyardlarla vəsaitin belə “havaya sovrulması” mümkün olmazdı. Bütün bunlar əfqan xalqının iqtisadi-sosial durumuna da çox mənfi təsir göstərib. Və eyni zamanda sonda ordunun azsaylı bir qüvvə qarşısında çökməsinə gətirib çıxarıb”- deyə Tərlan Eyvazov vurğulayıb.
 
Ä°ki ilə yaxın müddətdə SSRÄ°-nin Əfqanıstdakı hərbi-siyasi əməliyyatlarında iştirak etdiyindən orada yaşayan millət və tayfaların xarakterinə bələd olan, həmin dövrdə, eləcə də son onilliklərdə bu ölkənin tarixi, orada baş verən ictimai-siyasi proseslərlə yetərincə maraqlanmış hərbi ekspert Tərlan Eyvazovun bu mövzuda geniş müsahibəsi ilə yaxın müddətdə tanış ola bilərsiniz.
 
Sultan Laçın  
 

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button