Top.Mail.Ru

GÜNDƏM

Əhməd Məsuddan “Taliban”a CAVAB

Pəncşir dağ əyaləti taliblərə təhvil verilməyəcək, onun sakinləri müqavimət göstərməyə hazırdırlar.

KAİM.az xəbər verir ki, bu barədə yerli müqavimət lideri Əhməd Məsud “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

“Pəncşir “Taliban”a təhvil verilməyəcək… Əgər onlar Pəncşirə nəzarət etməyə çalışsalar, biz müqavimət göstərməyə hazırıq. Biz SSRİ-yə müqavimət göstərmişik, taliblərə də göstərə bilərik”, – Məsud deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Bundan başqa, o əlavə edib ki, taliblərin nümayəndələri Pəncşir müqaviməti ilə danışıqlar aparmağı rədd edib:

““Taliban” müharibənin başa çatması üçün dialoqu rədd etdi… Biz Əfqanıstanda müharibəni bitirmək istəyirik və dialoqa can atırıq… “Taliban” özünü bu cür aparmağa davam etsə, çox qalmayacaq”.

Daha əvvəl “Taliban” silahlıları hərəkatın nəzarətində olmayan Pəncşir əyalətində müqavimət lideri Əhməd Məsuda bu regionu onlara təhvil verməsi üçün dörd saat vaxt verib.

KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button