Top.Mail.Ru

GÜNDƏM

İrəvanda yeni ixtisaslaşmış Azərbaycan dili mərkəzi fəaliyyətə başladı…-FOTO

Qəsbkar Ermənistan paytaxtında rəsmən Azərbaycan türkcəsini tədris edən mərkəz işə başlayıb.
 


Kaim.az xəbər verir ki, bu haqda məlumat Ermənistan teleqram-kanallarında və sosial şəbəkələrin erməni seqmentində yayılıb.
 
Söhbət  işğalçı ölkədə Azərbaycan dilinin ilk ixtisaslaşmış mərkəzi sayılan “ALC Armenia”dan gedir.  Məlumata görə, mərkəz  tədris fəaliyyətinə “Smart Armenia” ictimai xeyriyyə təşkilatı ilə əməkdaşlıq şəraitində start verir.
 
Xatırladaq ki, ermənilər hələ sovet dövründən müxtəlif təhsil və elmi mərkəzlərdə Azərbaycan dilini öyrənməyə başlayıblar.  Ermənistan Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutu bu məsələdə əsas baza rolu oynayır. Burada dil öyrənməklə yanaşı, erməni gəncləri “Azərbaycanşünaslıq” və “Türkşünaslıq” üzrə mütəxəssis kimi hazırlayırlar.  İrəvandakı Dövlət Universitetində də  Azərbaycan dili öyrədilir.  Çoxsaylı Araşdırma Mərkəzlərində də anoloji fəaliyyət var.
 
Sultan Laçın
 

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button