Top.Mail.Ru

GÜNDƏM

Azərbaycan Diasporuna Dəstək Fondu ilə Sabir Beynəlxalq Fondu (Sabir İnternational Foundation) arasında memorandum imzalanıb

Azərbaycan Diasporuna Dəstək Fondu ilə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Sabir Beynəlxalq Fondu (Sabir İnternational Foundation) arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumun məqsədi Azərbaycan Respublikasının və ABŞ qanunvericiliyinə uyğun olaraq ABŞ-da yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə, Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətində orada yaşayan azərbaycanlılara, onların yaratdıqları və dost ölkələrin diaspor təşkilatlarının fəaliyyətinə qarşılıqlı dəstəyin göstərilməsidir.

Sənəddə ABŞ-da yaşayan həmvətənlərimizin azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsi, orada yaşayan azərbaycanlılar və diaspor təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi məsələləri öz əksini tapıb.
Azərbaycan Diasporuna Dəstək Fondu ilə Sabir İnternational Foundation ABŞ-da Azərbaycan diasporunun inkişafı, diaspor üzvlərinin professionallığının artırılması və mütəşəkkilliyinin möhkəmlənməsi, habelə ABŞ-dan və Azərbaycandan olan şagirdlərin mübadilə proqramlarının təşkili istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər. Həmçinin, tərəflər Azərbaycanın mədəniyyəti və tarixinin təbliğinə yönəlmiş birgə layihələr həyata keçirəcəklər.

Loading...
Yazının davamı reklamdan sonra

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Sabir Beynəlxalq Fondunun rəhbəri Azərbaycanın tanınmış jurnalisti, dahi şairimiz Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirlidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button