GÜNDƏM
“Rüstəm Muradov məzuniyyətdədir – ermənilərin ümidi sıravi rus əsgərlərinə qalıb…”

“Dünən – avqustun 25-dən etibarən Gorus-Qafan yolu Azərbaycan Silahlı Qüvvələri tərəfindən bağlanıb. Erməni tərəfi demək olar ki, heç nə etmir. Yalnız Rusiya ordusunun müdaxiləsindən və səylərindən danışırlar. Bunun sayəsində dünən Ermənistanın avtomobillərində yolda qalmış vətəndaşları blokadadan çıxa biliblər”.
Kaim.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın “Qraparak” qəzeti yazıb.
“Bizə məlumat verildi ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov və komandanlıq bu günlərdə, sentyabrın 1-dək məzuniyyətdədirlər. Yəni Ermənistan vətəndaşları ümidlərini yalnız sıravi əsgərlərə bağlaya bilərlər”- erməni nəşrinin xəbərində daha sonra belə deyilir.
Xatırladaq ki, bu gün – 26 avqust səhər saatlarından erməni mediası guya Gorus-Qafan, ardınca isə Gorus-Urud(“Vorotan”) yolunun da Azərbaycan ordusu tərəfindən bağlanması haqda məlumatlar yayıblar.
Sultan Laçın
Loading...
Yazının davamı reklamdan sonra
Mənbə
KAİM.AZ