Top.Mail.Ru
GÜNDƏM

31 ildir Bakı-Naxçıvan-Türkiyə yolunu bağlayanlar 2 günlük yol bağlantısına dözmürlər

Şantaj etmək yalnız erməni siyasətinin aparıcı xətti deyil, bütövlükdə milli xarakteridir. Bu xarakterin nümunəsini Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolunun bağlanmasını başda psixoloji problemləri olan ombudsman Arman Tatoyanın və keçmiş təhlükəsizlik xidmətinin şefi, bu gün parlamentdə fraksiya rəhbəri olan Artur Vanetsyanın bu məsələyə münasibətində açıq görmək olar.
 


Guya bunlar ermənilərin qabaqda gedən ağıllılarıdır. Bu adamlar deyir ki, Azərbaycan “dövlətlərarası magistral yolu bağlamaqla insan haqlarını pozur”.  Belə “dövlətlərarası magistral yol” statusundan danışanlar özlərinə hesabat verirlərmi ki, Bakı-Naxçıvan-Türkiyə yolu da dövlətlərarası yoldur və Zəngəzurdan keçən yolu 31 ildir bağlayıblar. Erməni yol bağlaya bilər, Azərbaycan yox? 31 ildir insan haqlarını pozanlar iki günlük yol bağlantısına dözə bilmirlər. Düşmənin həyəcanı anlaşılandır: İrana gedən yol, İrandan gələn mallar, İranın humanitar yardımı, İranın dost bildiyi Ermənistana ucuz yanacaq tədarükü və İranın Ermənistandan apardığı mis-konsentrantları hər iki ölkə üçün vacibdir. Bizə də Bakı-Naxçıvan – Türkiyə yolu əhəmiyyətlidir.
 
Erməni mediasında yolların blokadaya alınması haqqında BMT-yə müraciət etmək barədə çağırışlar səslənir. Nə əcəb? BMT-nin tanıdığı beynəlxalq sərhədləri 30 ildir ki, işğal edəndə niyə BMT-dən danışmırdılar? BMT-nin qətnamələrinə niyə əməl etmirdilər? İndi quyruqları qapı arasında qalan kimi BMT yadlarına düşdü… 
 
Rusiya yenə qabağa düşüb yolun açılması danışıqlarını aparır. Rusiya tərəfdən də soruşmaq lazımdır ki, dövlət başçınız Vladimir Putinin də imzaladığı 10 noyabr bəyanatında göstərilən Naxçıvana gedən nəqliyyat-kommuniksiya xətlərinin açılması tələbini niyə indiyədək təmin edə bilməyiblər?  Hər dəfə Ermənistan hərbiçiləri biz tərəfə keçəndə “ hava şəraitinin əlverişsiz olduğu səbəbindən yolu azıb Azərbaycan tərəfə keçib”- deyən ermənilər tez Rusiya sülhməramlılarını dövrəyə salırdılar. Sülhməramlılar da danışıqlar aparıb “yol azan” hərbiçiləri geri qaytarmağa müvəffəq olublar. İndi bir psixi xəstə hərbiçimiz “yol azıb” təmas xəttini keçib, ermənilər də bu xəstəyə guya üç maddə ilə cinayət işi açıblar. Hansı hüquqla, hansı dövlətin cinayət məcəlləsi ilə? Rusiya sülhməramlıları indi niyə xəstə hərbiçinin geri qaytarılması danışıqlarını aparmır? Yenə sual yaranır: erməniyə olar, bizə yox? Nəhayət bilsinlər ki, Rusiyanın hələ çar dövründən “erməniyə Qafqazda darğalıq” statusu bitib, şantajları da keçmir. 
 
Biz hər iki tərəfə çox güzəştlər etmişik, indi güzəşt limitimiz bitib, tələb limitimizin isə başlanğıcındayıq. Qarşıda Xankəndidir!
 
Kaim.az

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button