Top.Mail.Ru

bannerGÜNDƏM

TƏCİLİ:Ordumuz hücumu daha da genişləndirdi, düşmənin bütün mövqeləri yarıldı – Xocavənd AZADlığa qovuşur

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

KAİM.az-ın xəbərinə görə bu barədə Müdafiə Nazirliyin məlumatında bildirilir

Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının 2-ci və 4-cü taborları şəxsi heyət və hərbi texnikada itkilərə məruz qalıb. Alayın döyüş təminatında, silah-sursat təchizatında çatışmazlıqlar var.

Loading...
Yazının davamı reklamdan sonra

Bölmələrimizin 120 mm-lik minaatan batareyalarının atəş zərbələri nəticəsində cəbhənin Xocavənd istiqamətində olan Ermənistan silahlı qüvvələrinin 3-cü motoatıcı alayın bölmələrinin şəxsi heyəti arasında da xeyli sayda ölən və yaralananlar var. Məlum olub ki, alayın bölmələrdən birinin komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq qaçıb.

Xocavənd rayonunun Qırmızı Bazar məntəqəsinin ətrafındakı düşmən bölmələrinin mövqelərinə də ağır artilleriya zərbələri endirilib. Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirərək düşməni darmadağın edib.

Onuda qeyd edək ki, Xocavəndin də düşməndən tamamilə təmizlənməsinə az vaxt qalıb.  Çox keçməz ki, o xəbəridə Ali Baş Komandanımızdan eşidib, sevincimizə, sevinc qatarıq.

Var olsun Azərbaycan Ordusu!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button