
Ermənistanın paytaxtı Yerevanın mərkəzi meydanında hazırda mitinq keçirilir.
Metbuat.az xəbər verir ki,meydana toplaşan kütləyə polis nəzarət edir. Məlumata əsasən Azadlıq Meydanına toplaşan müxalifət üzvləri həbs edilir.
Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir. Saxlanılanlar arasında Respublikaçılar partiyasının nümayəndələri Eduard Şarmazanov, sabiq deputat Vaqram Bağdasaryan, Vardan Ayvazyan, Qeqam Petrosyan, Ayk Mamidjanyan, Karine Açemyan,Vətən partiyasının nümayəndələri Arsen Babayan, Vardan Voskanyan da var.
Loading...
Yazının davamı reklamdan sonra
Mənbə:Ria Novosti