Top.Mail.Ru
GÜNDƏM

İranın separatçı rejimlə təmas qurması beynəlxalq hüququn POZULMASIDIR – Rəisi İran-Azərbaycan münasibətlərinin korlanmasına İMKAN VERMƏMƏLİDİR

Qonşu İran dövləti BMT-nin subyektidir və Ermənistanla münasibətlər saxlamaqda azaddır.
Amma və lakin Azərbaycanın yurisdiksiyasına daxil olan Yuxarı Qarabaga separatçı rejimə İranın yük maşınları ilə hətta yanacaq və sürtgü məhsulları daşımagı da beynəlxalq hüququn kobudcasına pozulmasıdır.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Hətta bu yük maşınlarının qeydiyyat nömrə nişanlarının dəyişdirilməsi də məsələnin mahiyyətini dəyişmir. İbrahim Rəisi adminstrasiyası bunu nəzərə almalıdır.

Avqustun 11-dən sentyabrın 10-na kimi İrandan 60 yük maşını Xankəndiyə daxil olub və bunların 58-i geri qayıdıb. İran mediası iddia edir ki, məlum yük maşınları “humanitar yardım” proqramı çərçivəsində fəaliyyət göstərir. Yuxarıda da vurguladıgım kimi, hər hansı yardım fəaliyyəti İran və Ermənistan arasında ola bilər. Üstəlik, 10 noyabr razılaşmasının tərəfi olan və Yuxarı Qarabag ərazisində öz sülhməramlılarını yerləşdirən Rusiya humanitar yardımlarını edir.

Zənnimcə, qonşu İran dövlətinin Xankəndiyə nəinki hər hansı “humanitar yardım” göndərməsi, hətta rəsmi Bakının nəzarətində olmayan bir separatçı rejimlə təmas qurması belə beynəlxalq hüququn pozulmasıdır.

İranın yeni prezidenti İbrahim Rəisi öz inaqurasiya mərasimində bəyan etmişdi ki, qonşu dövlətlərlə münasibətləri daha da yaxşılaşdıracaq.

Ermənistan isə İranın yeganə xristian qonşusudur. Əlbətdə, müstəqil dövlət kimi İranın Ermənistanla da normal münasibətlər qurmaq haqqı var. Lakin Yuxarı Qarabagdakı separatçı rejim nə müstəqil qurumdur, nə də İranın qonşusudur. Belə olan təqdirdə, yeni Rəisi adminstrasiyası İran-Azərbaycan münasibətlərinin korlanmasına imkan verməməlidir.

Fransa-İran-Ermənistan triosu və vaxtaşırı Rusiyanın da bura qatılmasıyla ortaya çıxan siyasi kvartet Azərbaycan xalqının mənafeyinə qarşı yozulur.

Ümid edirik ki, İbrahim Rəisi sələfləri Məhəmməd Xatəmi, Əli Əkbər Haşimi Rəfsəncaninin, Mahmud Əhmədinejadın və Həsən Ruhaninin adət etdiyimiz Azərbaycan siyasətini davam etdirməyəcək.

Eyni zamanda, xarici siyasətində məzhəb təəsübkeşliyini nəzərə alan bir ölkə üçün şiə azərbaycanlılar sünni fələstinlilərdən daha az əhəmiyyətli olmayacaq və olmamalıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button