Top.Mail.Ru
GÜNDƏM

PRODÜSER MƏRKƏZİ MİLLİ MUSİQİ GÜNÜ İLƏ ƏLAQƏDAR SOSİAL VİDEO ÇARX HAZIRLADI

Azərbaycanda ilk dəfə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” Milli Musiqi günü münasibəti ilə sosial video çarx hazırlayıb.

Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, video çarxın əsas məqsədi klassik musiqimizin və Üzeyir bəyin irsinin müasir Azərbaycan gənclərinə təbliğ edilməsidir. Sosial video çarxda Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar. Layihənin ideya müəllifi Ramil Qasımov, səs rejissoru Cavid Cavad oğlu, oranjimançı Coşqun Qadaşov, vokal üzrə müəllim İnarə Babayeva və prodüseri Fərid Mərddir. Qeyd edək ki, videoçarx tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button