Top.Mail.Ru

GÜNDƏM

Müstəqilliyimizin bərpasının 30 illiyi necə qeyd olunacaq?.. – İstiqlalçı deputat-

Bu dəfəki  yubileyi biz müzəffər dövlətimiz, ordumuz, şəhidlərimiz, qazilərimiz sayəsində torpaqlarının əksər hissəsini işğaldan azad etmiş qalib bir xalq kimi qarşılayacağıq…”
 


Məlum olduğu kimi, II Qarabağ savaşında məğlub olmasına rəğmən Ermənistan sentyabrın 21-də özünün müstəqillik(!) gününü, müstəqilliklərin bərpasının(?) 30 illiyini çox təntənəli olmasa da qeyd etdi. Lakin  Azərbaycan son  44 günlük savaşdan sonra torpaqlarının əksər hissəsini azad etmiş qalib bir ölkə sayılmasına rəğmən 18 Oktyabr – Milli Müstəqillik Günü- dövlət müstəqilliyimizin bərpasının 30 illiyi ilə bağlı hər hansı tədbirlər görülməsi haqda rəsmi səviyyədə qərar qəbul edilməyib. Yalnız iyun ayında deputat Vahid Əhmədov Milli Məclisdə dövlət müstəqilliyimizin bərpasının 30 illiyi ilə bağlı tədbirlər planı hazırlamağı təklif edib. Düzdü, əvvəla, II Qarabağ savaşı şəhidlərinin ildönümləri tamamlanmayıb. Ä°kincisi, pandemiya şəraitidir. Ancaq bunlara rəğmən nisbətən kiçik miqyasda olsa da, bu mötəbər tarix qeyd edilməlidir. Yəqin ki, bu günlərdə dövlət başçısının bu haqda sərəncamı olacaq. Xatırladaq ki, Prezident Ä°lham Əliyev  2011 və 2016-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının  20 və 25-ci ildönümləri haqqında sərəncamlar imzalayıb və bununla əlaqədar müvafiq tədbirlər keçirilib…
Mövzu ilə bağlı Kaim.az-a açıqlamasında istiqlalçı deputat Tahir Kərimli öz fikirlərini ifadə edib.
 
“Bəli, iyun ayında parlamentdə belə bir təklif oldu. Və hazırda biz deputatlar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının  30 illiyinin qeyd olunmasıyla bağlı bir sıra tədbirlər hazırlayırıq. Həmin təklifləri, inşallah, dövlət rəhbərliyinə təqdim etmək fikrimiz var.  Yəqin ki, oktyabırn 27-də biz bu təklifləri  ünvanına çatdıra biləcəyik. Və hesab edirəm ki, bu münasibətlə tədbirlər keçiriləcək… 
 
Bilirsiz ki, bizdə bir qədər başqa yanaşma var ki, əsas Müstəqillik Günü kimi  məhz 28 May qeyd olunmalıdır. Odur ki, 28 may tarixi qeyri-iş günü elan edilməklə həmin gün  rəsmən bayram olunur. Ancaq 18 oktyabr qeyri-iş günü sayılmır. Lakin bildiyimiz kimi, digər keçmiş sovet respublikalarında müstəqilliklərin bərpasını kifayət qədər yüksək səviyyədə qeyd edirlər. Bu münasibətlə siqnator, yəni istiqlalçı deputatlar təltif olunurlar. Hazırda bizdə də bu yöndə müəyyən müzakirələr aparılır. Sözsüz ki, Azərbaycanda da bu tarix qeyd olunacaq. Və biz istiqlalçılar da çalışırıq ki, daha yüksək səviyyədə qeyd olunsun”- deyə parlament üzvü bildirib.
 
Tahir Kərimli  dövlət müstəqiliyimizin bərpa olunmasında istiqlalçı deputatların xüsusi rolunu da qeyd edib.
 
“Şühəsiz ki, 18 Oktyabr Azərbaycan üçün əlamətdar bir tarixdir. Xüsusən həmin günün yetişməsində kifayət qədər rolu olmuş 43 istiqlalçı deputat üçün bu gün daha çox önəmlidir. Onlar bunun uğrunda böyük fədakarlıqlar göstəriblər, ölüm aclığı keçiriblər.  O vaxt biz Ali Sovetdə aclıq edəndə və ruslar bizi gecə ilə götürüb naməlum istiqamətə aparanda da bilmirdik ki, başımıza  nə gələcək… Yəni biz deputatlar kimi, yüzlərlə, minlərlə insanımız da digər sahələrdə canlarını ortalığa qoyublar. Odur ki, 18 Oktyabr xalqımızın böyük uğurudur və mütləq qeyd olunmalıdır. Özü də vurğuladığınız kimi, bu dəfəki  yubileyi biz müzəffər dövlətimiz, ordumuz, şəhidlərimiz, qazilərimiz sayəsində torpaqlarının əksər hissəsini işğaldan azad etmiş qalib bir xalq kimi qarşılayacağıq”- deyə istiqlalçı deputat vurğulayıb.
 
Sultan Laçın
 

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button