Top.Mail.Ru

GÜNDƏM

“Azərişıq” ASC-dən NARAZILIQ: Ömrü bitən transformatorlar almağa CAN AXTARIR – FOTOLAR

Yardımlı rayonunun bir sıra kəndlərində ciddi elektrik problemləri baş qaldırıb. Əhali “Azərişıq” ASC-nin fəaliyyətindən xeyli narazıdır.

KAİM.az Yardımlı sakinlərindən verilən məlumata istinadən xəbər verir ki, əsasən rayonun kəndlərini əhatə edən işıq dirəkləri, ötürücü elektrik xəttləri bərbad vəziyyətdədir. Yerli elektrik şəbəkəsi idarəsində əyləşən bəzi yarıtmazların və fərsizlərin əməlləri ucbatından transformatorlar üzrə elektrik axınının miqdarına nəzarət də özbaşına buraxılmaqla süni itkilər, pul yığımında nöqsanlar yaşanır. Payız fəslinin gəlişilə havaların soyuması, adi dumanlı şəraitdə işıqların sönməsinə, istismar dövrünü tamamlamış transformatorların xarab olmasına səbəb olur.

Loading...
Yazının davamı reklamdan sonra

Sakinlər bildirirlər ki, Yardımlının işıq sistemi “Azərişıq” ASC-nin Yardımlı rayon idarəsinin istismar rəisi İlqar Quliyev tərəfindən məhv edilib. Adıçəkilənin uzunmüddətli səmərəsiz fəaliyyəti rayonun əksər kəndlərində də aydın görünür. İşıq dirəklərinin çürük meşə-ağac materiallarına möhtac qalması, dirəklərin bir-birinə bərkidilmiş ağaclardan ibarət olması, onlara da təhlükəsizlik qaydalarına riayət olunmadan işıq xətləri çəkilməsi insanlarda narahatlıq və təəssüf doğurur. Rayonun Vərgədüz, Alar, Anzov, Abasabad və başqa kəndlərindəki problemlər daha dözülməz həddədir.

Kəndlərdə olan transformatorlar mühafizə zolağına alınmayıb, onsuz da bərbad halda olan transformatorların qoruyucuları alüminium məftillərlə bağlanıb. Əksər transformatorlarda balans sayğaclarının belə olmaması nöqsanların bilərəkdən həll edilmədiyi ehtimalını yaradır.

Yardımlı sakinlərindən göndərilən şəkillərdən görünən odur ki, rayonun kəndlərində ümumiyyətlə transformator yoxdur. Sənədlər üzrə olsa da, heç bir transformasiya qabiliyyəti olmayan çürümüş dəmir skeletlər elektrik yükünü necə “qəbul” edirsə elə də “ötürür”. İçliksiz – şadara transformatorların mövcudluğu barədə “Azərişıq” ASC-nin sabiq və hazırki rəhbərliyi ölkə başçısından vacib detalları gizlədir. Yoxsa, bu “transformatorsuzluq” kimə və nəyə sərf edir? Guya “elektrik sahəsində aparılan inkişaf planlarının həyata keçirilməsi məqsədilə aramsız olaraq kənd sakinlərindən yığılan külli miqdarda vəsait” təyinatı üzrə xərclənmirsə hara xərclənir? Bəs prezident İlham Əliyev tərəfindən ölkədə istənilən sahənin rifahı üçün yetərincə maliyyə ayrıldığını bəzi məmurlara xatırlatsaq necə?!

Məlumata görə, sadalananların həlli “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin vəzifə öhdəlikləri olsa da, bəzi məsələlərin həllində idarə rəisi Arif Məmmədov da acizdir. Hətta, bu sahədə uzun müddətdir çalışan və “Azərişıq”-da həmişə yüksək vəzifələr tutmuş A.Məmmədov Yardımlıdakı problemləri araşdırarkən hər dəfəsində İlqar Quliyev onu aldadır. Ona natamam məlumatlar verilir, problemlərin miqyası gizlədilir.

İddialara görə, işlər o həddə gəlib ki, Yardımlıda çoxdan işləyən kadrlar İlqar Quliyevin diqtəsilə asanlıqla Arif Məmmədovu aldada bilirlər.

MƏNBƏ
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button