Top.Mail.Ru

GÜNDƏM

“Ona qalsa kişilər 100 hoqqadan çıxır, heç qadın ondan soruşurmu ki, sən nəyi, necə edirsən..?“

Bakıda qətl hadisəsi baş verib. Belə ki, xanım “Instagram” parolunu vermədiyinə görə həyat yoldaşı tərəfindən qətlə yetirilib. Xanımını qətlə yetirən kişinin bu davranışı isə sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Bəs görəsən mediada çalışan xanımlarımız nə düşünür? Onlar həyatlarında belə bir dilemma ilə qarşılaşıblarmı və zərurət yaranacağı halda sosial şəbəkədəki hesablarını həyat yoldaşları ilə rahatlıqla bölüşərlərmi?


Loading...
Yazının davamı reklamdan sonra

 Təəssüratlarını Kaim.az- a bölüşən media nümayəndələrinin cavabları da fərqli olub. 

 

 

Tanınmış aparıcı Xanım Yadigarlı sosial şəbəkələrdən sırf gündəmdə baş verən hadisələrlə tanış olmaq üçün yararlandığını bildirib:

“Bu məsələ ailədaxili gündəmimizdə olmayıb. Nə vaxtsa belə bir sual ortaya çıxsa tərəddüd etmədən şifrəni həyat yoldaşımla paylaşardım”.

 

Aparıcı, AMEA-nın Ä°ctimaiyyətlə əlaqələr və analitik informasiya sektoru müdiri, Leyli Namiqqızı deyir ki, əgər qarşı tərəf xanımdan parol istəyirsə, bunun inamsızlıqdan qaynaqlanır:

“Əvvəldən ailədə tərəflər arasında münasibətlər elə qurulmalıdır ki, məsələ o həddə çatmasın ki, həyat yoldaşın səndən şifrə istəsin. Təbii ki, şifrə istəyirsə demək ki, arada böyük güvənsizlik, boşluq var. Sən o şifrəni verməlisən. Vermədikdə isə tipik Azərbaycan ailəsində bu münaqişəyə, çaxnaşmaya gətirib çıxaracaq. Vəziyyət o həddə gəlib çatmamalıdır”. 

 

 Jurnalist, aparıcı Ləman Ələşrəfqızı 20 ildir ailəli olduğunu, bu müddət ərzində belə bir hadisə ilə rastlaşmadığını bildirdi:

“Sosial şəbəkələrdən xüsusən də “Facebook” platformasından aktiv istifadə edirəm.  “Ä°nstagram”-a isə həftə bir dəfə daxil oluram. “Facebook”-da 3000 minə yaxın izləyicim, 5 minə yaxın dostum var. Artıq ailə həyatımın 20 ili tamamdır, bu müddət ərzində nə gəncliyimdə, nə də indi həyat yoldaşım məndən sosial platformalarımdakı şifrəmi istəməyib. Bu məsələ ailədə qarşılıqlı inamdan irəli gəlir. Yəqin ki, qeyd etdiyiniz hadisədəki tərəf müqabilləri bir-birlərini tamamlamayıblar ki, belə bir situasiya yaranıb. Yalnız dünya görüşü dar olan insan belə hərəkət edə bilər.  Xanımın da şifrəni vermək kimi bir məcburiyyəti yoxdur. Onun da ərindən çəkinəcəyi, gizlədəcəyi bir nüans yoxdursa, niyə də parolu verməsin?”.

Ləman Ələşrəfqızı  bütün hallarda bunun təqdir olmayan bir məsələ olduğunu bildirib:

 

“Ailədir, ailədə hər şey yaşanır, ancaq qətlə gətirib çıxaran hadisə deyil. Ona qalsa kişilər də 100 hoqqa ilə məşğul olur, heç qadın ondan soruşurmu ki, sən nəyi, necə edirsən? Soruşmuruq, demirik də. Qadın da özünə güvənirsə telefonunu çıxarıb versin. Bir məsələdə var ki, qadınlar da sosial platformalardan doğru- dürüst istifadə etməlidirlər.  Bu platforma qadınlarımızı elə yerdən yaxalayır ki, onlar belə şeylərə hazır olmurlar.  Bu şəbəkədə hər cür insan var, onlar müxtəlif məqsədlə bura daxil olurlar. Neçə dəfə olub ki, ailəli qadınlar sosial şəbəkədə tanış olduğu birinə qoşularaq qaçıb”.

 Xəyalə Rəis 
 

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button