Top.Mail.Ru

GÜNDƏM

“Kreml üçün əhəmiyyətli olan, Qərbin rolunun azalmasıdır” – QARABAĞ MÜHARİBƏSİ İLƏ BAĞLI XARİCİ POLİTOLOQLARDAN ŞOK AÇIQLAMALAR

Azərbaycan və Ermənistan arasında 1 aydan çox davam edən İkinci Qarabağ müharibəsinin hansı ölkələrin xeyrinə hansının ziyanı ilə bitməsi xarici siyasi şərhçilərində diqqət mərkəzindədir.

Mütəxəssislərə görə Qarabağ münaqişəsi heç mübahisəsiz Azərbaycanın qələbəsi ilə nəticələnib. Azərbaycan ərazi bütovlüyünun bərpa olunması bunun ən vacib göstəricisindir.

Moskva rəhbərliyinin altı həftə ərzində münaqişələrə müdaxilə etməkdən çəkindiyini söyləyən Emmanuel Dreyfus, “Postsovet məkanında olduğu kimi, böhranın idarə edilməsində də üstün tərəf Rusiyadır” deyib.

Onun sözlərinə görə: “Razılaşmaya əsasən, Rusiya bölgədə ən azı beş il ərzində 2000 sülhməramlı qüvvəsini yerləşdirəcək. Ermənistanın bazası olan Rusiya, 2008 müharibəsindən sonra müstəqilliyini tanıdığı Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyada da varlığını qoruyur. 1991-ci ildən bəri, Rusiya sülhməramlı qüvvələri keçmiş SSRİ ərazisindəki Moldovanın Dnestryanı bölgəsində yerləşdirilmişdir”

Politoloq qeyd edir ki, Rusiya Qafqaz regionunda öz varlığının Azərbaycanda da uzaq qalmamasına şərait yaratdı. Bu Rusiyanın regionda böyük təsirə sahib olduğunun göstəricisidir.

Proseslərin əsas mərkəzində yer olan digər ölkə Türkiyədir.Qarabağ müharibəsi Türkiyənin Azərbaycana daimi dəstəyini göstərməklə yanaşı Türkiyənin nüfuzunu da artırdı.

AFP-nin analizinə görə, Ankara Liviya və Suriyada olduğu kimi Qafqazda da Moskvaya etiraz edir. Bununla birlikdə Prezident Rəcəb Tayyib Ərdoğan bu müharibədə daha güclü idi. Siyasi analitik Əli Baker deyir ki, Ankara münaqişə başlayandan bəri ikili bir mexanizm təklif etdi, ancaq Moskva bunu rədd etdi. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov, imzalanan müqavilənin “Moskva tərəfindən idarə olunduğunu” vurğuladı. Əli Baker, çatışmanın nəticəsi və Türkiyənin Azərbaycandakı sabitliyi dəstəkləməsi, insansız hava vasitələrinin rolu Ankarada bir kənara çıxarılaraq, Türkiyənin Qafqazda gücləndiyini gerçəkləşdirdiyini deyir.

Rusiya, Fransa və ABŞ nəzəri olaraq Qafqaz böhranlarında Minsk Qrupunun liderləri kimi çıxış edirlər. Ancaq Qarabağ münaqişəsində nə Vaşinqton, nə də Paris həlledici tərəf deyildi. Prezident seçkilərinə  Alexander Gabuev, ABŞ-ın altı həftədir başqa mövzusu olmadığını söyləyərək “Kreml üçün əhəmiyyətli olan, Qərbin rolunun azalmasıdır” dedi. Böyük bir erməni icmasının yaşadığı Fransa, Bakı tərəfindən İrəvan tərəfdarı olmaqda günahlandırılır. Politoloqların fikrinə görə ABŞ və Fransa proseslərdən kənarlaşdırıldı.

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button