Top.Mail.Ru
GÜNDƏM

Ankaradan İrəvana enən təyyarədə kimlər gəldi və ya kimlər getdi?.. – RƏSMİ CAVAB

Bu günlərdə mediada yayılan xəbərlərdən bəlli olduğu kimi,  sentyabrın 23 -də Ankaradan Ä°rəvana çarter reysi həyata keçirilib. Başqa sözlə, bir özəl türk təyyarəsi  Ermənistan paytaxtına enib.

Kaim.az  xəbər verir ki,  Ermənistanın 168.am nəşri olayla bağlı bəzi detalları aydınlaşdıra bilib.


“Ermənistan Mülki Aviasiya Komitəsi ilə Türkiyənin özəl təyyarəsinin Ankaradan Ä°rəvana hansı məqsədlə çarter reysi həyata keçirdiyini aydınlaşdırmağa çalışdıq. Komitə bizə sualı yazılı şəkildə göndərməyi təklif etdi, bu da edildi. Və indi, yalnız bir həftə sonra həmin qurum dan cavab aldıq.

 

 

 

“24 sentyabr 2021-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, bu ilin 23 sentyabrında Türkiyənin” VIZYON HAVACILIK “”  hava yolu şirkəti “CESSNA CITATION XLS” təyyarəsi ilə Ankara-Ä°rəvan-Bodrum çarter iş uçuşu həyata keçirmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, bu reyslə Ä°rəvana heç bir sərnişin çatdırılmayıb və iki xarici vətəndaş Ä°rəvandan göstərilən təyyarədə havaya qalxıb”- komitənin cavabında belə deyilir.

 

Yəni Türkiyədən Ermənistana hava məkanı açıqdır və Türkiyənin özəl təyyarələrinin Ermənistana çarter uçuşları olduqca mümkündür.

 

Bu çarter biznes reysinin Ermənistanla Türkiyə arasında “investisiya” əlaqələrinin yaranması ilə və ya Paşinyanın haqqında danışdığı Türk siqnalları ilə əlaqəsi olub olmadığını zaman göstərəcək “.

Qeyd edək ki,  bəzi mənbələrin məlumatına görə, sözügedən təyyarə Ermənistan paytaxtına enən gün, yəno sentyabrın 23-də 10-dan çox erməni media qurumundan olan müxbirlər Ermənistanın Mülki Aviasiya Komitəsinin qarşısına toplanıb.  Guya  həmin vaxt  qeyri-rəsmi mənbələrdən təyyarənin göyərtəsində Türkiyənin nüfuzlu şəxslərindən biri olduğu və Ermənistana Paşinyanla Zəngəzur dəhlizinin açılışı ilə bağlı bəzi məsələlərdə olan problemlərin müzakirəsi üçün gəldiyi bilinib.

Sultan Laçın

 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button