Top.Mail.Ru
GÜNDƏM

Paşinyan Putinlə görüşdə- Qarabağ erməniləri Rusiya səfirliyi önündə…-VİDEO

Qarabağdan köçmüş ermənilər `Irəvandakı Rusiya səfirliyi qarşısında etiraz akisyası keçiriblər.
 


Kaim.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
 
Əsasən Ağoğlandan(Hadrut) köçmüş bir qrup erməni  hökumət binası qarşısındakı aksiyadan sonra yürüşlə Rusiya səfirliyi qarşısına gəliblər. 
 
Çıxış edənlər indiyədək Fransa səfirinin Qarabağdan köçmüş ermənilərin nümayəndələrini bir neçə dəfə qəbul etdiyini, ABŞ səfiri ilə onlayn görüşdüklərini bildirərək Rusiya səfirliyinin son bir ildə onların heç bir müraciətinə cavab verməməsindən gileyləniblər. 
Ermənilər bildirib ki, Rusiya səfirliyi qarşısına Ağdərədə erməni traktorçunun  qətlə yetirilməsinə etirazlarını bildirmək üçün yığışıblar…. 
 
“Mənim ağlıma sığışmır ki, Rusiya kimi qüdrətli dövlət necə Azərbaycanın qarşsını ala bilmir… Rusiya Azərbaycan ordusunu Qarabağdakı erməni yaşayış məntəqələrindən azı 3-5 km məsafəyə çəkilməsini tələb etməlidir. Onlar bufer zona yaratmalıdırlar ki,  azərbaycanlılar atəş açaraq ermənilərə ziyan vura bilməsinlər”- deyə səfirlik qarşısında çıxış edən ermənilərdən biri bildirib.
 
Zəruri şərh:
 
Ermənistan baş nazirinin Moskva səfəri ərəfəsində Ağdərədə erməni Aramın öldürülməsi ilə nəticələnmiş təxribat və hazırda məhz Paşinyanın Putinlə görüşü ilə eyni vaxtda ermənilərin Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirməsi bütün bunların planlaşdırılmış olduğunu göstərir…

 

Sultan Laçın
 

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button