Top.Mail.Ru

GÜNDƏM

Onlarla yəhudi ailəsinin İrana köçməyə can atdığı bəlli oldu -Gözlənilməz…-FOTO

“Onlara “İsrail Talibanı”  da  deyilir…”
 


İsrail və ABŞ yəhudi icması üzvlərinin Qvatemaladan İrana köçməsinin qarşısını almağa çalışırlar. 
 
Kaim.az xəbər verir ki, bu barədə “Əl-Qüds əl-Ərəbi” nəşri məlumat yayıb.
 
Bu cəhdlərə “Saf ürək” adlı radikal yəhudi təriqətindən olan və İraq Kürdüstanının İranla  sərhəddinə yaxın ərazilərinə getməyə çalışan onlarla yəhudi ailəsinin Qvatemala hava limanında görünməsindən sonra  əl atılıb.  Həmin yəhudi ailələrinin İsrail və ABŞ -dakı qohumları onların İrana gəlmələrini maneə törətmək üçün İsrail və ABŞ Xarici İşlər Nazirliklərinə müraciət etməyə tələsiblər. 
 
Xəbərdə deyilir ki, “Saf ürək” üzvləri bədənin bütün hissələrini əhatə edən özlərinə məxsus qara paltarlar geyinirlər. Ayrıca qadınları isə  müsəlman sələfilərin geyimlərinə bənzəyən hicab və əbalara bürünürlər. “Saf ürək” ultra-ortodoks və anti-sionist yəhudi qruplarından biri hesab olunur. Onlara “İsrail Talibanı”  da  deyilir. Cəmiyyət üzvləri hər hansı bir müasirliyi rədd edir, televiziya, kompüter və telefondan istifadə etməkdən çəkinirlər…
 
Xatırladaq ki,  yəhudilər arasında “İran yəhudiləri” adlanan bir qrup da var. Son məlumatlara görə,  hal-hazırda İran yəhudilərinin əksəriyyəti İsrail (ikinci nəsil daxil olmaqla 1993-cü ildə 75 min)  və ABŞ-da (45 min, yalnız birinci nəsil) cəmləşmişdir. Müxtəlif hesablamalara görə, 30-40 min yəhudi hələ də İranda, əsasən Tehranda, İsfahanda (3 min)  və Şirazda yaşayır. “BBC”-nin məlumatına əsasən 10 yəhudi ailəsi Yəzddə yaşayır, onlardan altısı bu və ya digər şəkildə qohumdurlar, amma digər mənbələrə görə, onların sayı daha çoxdur. Yəhudi icmaları İsrailə getməzdən əvvəl İranın bir çox digər şəhərlərində, xüsusən də Kerman, Həmədan, Məşhəd, Kaşan, Borujerd, Nehavenddə təmsil olunurdu . İndi İrandakı yəhudi icması müsəlman ölkələri arasında ən böyüyüdür. 
 
Yəhudi icması İran parlamentində 1 millət vəkili ilə təmsil olunur…
 
Sultan Laçın
 

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button