Top.Mail.Ru

GÜNDƏM

Xankəndində xəstəxananın qarşısı… – Bu gecəki  atışmadan sonra…-FOTO

“Bu, Xankəndi xəstəxanasıdır… Siz inanırsızmı ki, bizim cəmi 6 yaralımız var. Buna çox inanmaq istərdim. Amma inana bilmirəm…”
 


Kaim.az xəbər verir ki, qəsbkar Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, bu cümlələri təqdim etdiyimiz fotonu özünün “Facebook” səhifəsində paylaşmış Tiqran Vardanyan adlı erməni istifadəçi yazıb.
 
Xatırladaq ki, dünən – oktyabrın 14-də  Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi terror aktı nəticəsində əsgərimiz Əfqan Həmzəyev şəhid olub.  Bu haqda Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
 
Bunun ardınca  gecə saat 22:00 radələrində   Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq məskunlaşan rus sülhməramlılarının məsuliyyət zonasındakı separatçı-terrorçu rejimin  “özünümüdafiə  ordusu”  guya Azərbaycan tərəfindən  erməni mövqelərinə hücum edilməsi və nəticədə 6 erməni əsgərin yaralanması, ikisinin vəziyyətinin kritik-ağır olması haqda məlumat yayıb.   Azərbaycan MN açıqlama yayaraq, sözügedən ərazidə erməni əsgərlər arasında atışma baş verdiyini bildirib.
Erməni Teleqram kanallarında isə atışma nəticəsində ölənlərin də olduğu bildirilib. Ancaq Ermənistan MN ölənlərlə bağlı məlumat yaymayıb və  guya ermənilərin Azərbaycan Ordusunun atəşi nəticəsində yaralandığını iddia edib.
Xankəndindəki erməni mənbələrinin yaydığı son məlumata görə, həkimlər  vəziyyəti ağır olan iki erməni əsgərinin həyatını qurtarıb.
 
Sultan Laçın 
 

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button