Etirazçıların Fransa səfirliyi qarşısında səsləndirdiyi BƏYƏNAT – ATƏT-dən RƏDD OL! ( VİDEO )

Aksiyaçılar səfirlik qarşısında ingilis və fransız dillərində hazırlanmış plakatlar , “Qarabağ Azərbaycandır”, “Fransa ATƏT-dən rədd ol!” kimi şüarlar nümayiş etdiriblər.
KAİM.Az xəbər verir ki, qeyd olunan bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya uyğun deyil.
Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın qətnaməsi ləğv olunana qədər Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik. Senatın qəbul etdiyi qətnamə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkədir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin”.