Top.Mail.Ru

GÜNDƏM

KRİTİK AÇIQLAMA: “Ərdoğan anlayır ki, Rusiya ilə birbaşa hərbi toqquşma ÖLÜMCÜL OLA BİLƏR”

“Ərdoğan Rusiyanın hərbi qabiliyyətini görür və anlayır. Həmçinin Rusiya ilə birbaşa hərbi qarşıdurmanın nə qədər ölümcül ola biləcəyini mükəmməl şəkildə başa düşür”.

KAİM.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri rusiyalı akademik Fyodor Voytolovski səsləndirib. O  söyləyib.

“Bundan əlavə Türkiyə rəhbərliyi yaxşı anlayır ki, Şimali Atlantika Müqaviləsinin 5 -ci maddəsini tətbiq etməyə (hansı ki, bir NATO üzvünə hücumun digərinə yönəldiyini özündə ehtiva edir) Ankaraya icazə verməyəcəklər.

Loading...
Yazının davamı reklamdan sonra

Xüsusən də buna ABŞ icazə verməyəcək. Çünki  bir NATO ölkəsi ilə Rusiyanın toqquşması, bütün digər NATO üzvlərinin müharibəyə qoşulmasına səbəb olacaq.

Bu oyunu isə heç kim oynamaq istəməz. Çünki bu oyunların bədəli nüvə silahının istifadəsi ilə ödənə bilər. Buna görə də, Rusiya ilə Türkiyə arasında açıq bir hərbi toqquşmanın mümkünlüyünə inanmıram” – deyə Fyodor Voytolovski fikirlərini tamamlayıb. //Konkret.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button