Top.Mail.Ru

GÜNDƏM

Gəncə terrorunun qurbanları Romada yad edilib – FOTOLAR

Azərbaycan-İtaliya Birliyinin təşkilatçılığı ilə Roma şəhərinin “Piazza del Popolo” meydanında Ermənistanın hərbi-siyasi rəhbərliyinin Gəncə şəhərində törətdiyi dəhşətli müharibə cinayətinin qurbanları yad edilib.

Aksiya zamanı ötən ilin oktyabrında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən kənarda yerləşən Gəncə şəhərinin yaşayış rayonlarına raket zərbələri endirməsini, bu xain hücum nəticəsində mülki vətəndaşların həlak olması və yaralanmasını, Azərbaycan həqiqətlərini və “Qarabağ Azərbaycandır!” şüarını əks etdirən plakatlar nümayiş etdirilib.

Aksiya çərçivəsində italiyalı və azərbaycanlı musiqiçilərin ifasında hər iki ölkənin klassik və xalq musiqisi nümunələri təqdim olunub. “Sarı gəlin” xalq mahnısı xüsusi maraqla qarşılanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Dinc aksiyanı izləyən və meydandan keçən yerli sakinlərə Azərbaycan həqiqətlərinə dair italyan dilində hazırlanmış məlumat vərəqələri, broşürlər və təbliğat materialları paylanılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button