Top.Mail.Ru
GÜNDƏM

Ankaradan İrəvana ŞƏRT: Yalnız bu halda Türkiyə ilə münasibətlər NORMALLAŞA BİLƏR – AÇIQLAMA

“Ərdoğanla Əliyev Qarabağ (Füzuli) və Şərqi Zəngəzurda (Zəngilana) iki istiqamətdə addım atdı. Birincisi, Türkiyə ermənilərin yaşadığı bölgənin gələcəyinin Azərbaycan bayrağı altında həll edilməsi siyasətində Bakının yanındadır və bunun alternativi olmayacaq. İkincisi, Zəngəzur dəhlizi açılır. Moskvanın istəyi ilə İrəvanın dəyişən mövqeyinin ardınca Bakı və Ankaranın dəhlizin təməlini qoyması layihənin önündə maneələrin aradan qaldırıldığı deməkdir”.

KAİM.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib. O bildirib ki, liderlərin mətbuata açıqlamaları da bu yöndə idi: “Əliyev “Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”, Ərdoğan “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik” dedi. Və hər iki liderin Şuşa Bəyannaməsinə istinad etməsi təhdidlərə qarşı birlikdə mübarizənin davam etdiriləcəyi mesajı idi”.

Loading...

Siyasi şərhçi əlavə edib ki, Ərdoğanın çıxışında iki məqam xüsusilə diqqət çəkir.

1. Kommunikasiyanın açılmasında əsas şərt Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasıdır. Ərdoğanın bildirdi ki, “kommunikasiyanın açılmasından Azərbaycan və Türkiyə ilə yanaşı, Gürcüstan, Ermənistan və İran da yararlanacaq, lakin bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir.

2. Ankaranın İrəvana şərti var: Ermənistan Azərbaycanla problemlərini həll etdikdən sonra Türkiyə ilə münasibətlər normallaşa bilər.
Bu fikirlər Ermənistana və adını çəkməsə də, kommunikasiyanın açılmasında maraqlı olan Moskvaya ünvanlanıb və çıxan nəticələr belədir ki:

a) Əliyevlə Ərdoğan Moskvada mümkün üçtərəfli görüşün sərhəd məsələsinin də daxil olduğu gündəliyini müzakirə edib;

b) Ərdoğan görüşdən sonra Bakı və Ankaranın şərtini açıqladı:

– Ermənistana – blokadadan çıxmağın yeganə yolu sərhədin müyyənləşməsidir;

– Rusiyaya – kommunikasiyanın açılması üçün sərhədlərin delimitasiya prosesi Azərbaycanın haqlı mövqeyi çərçivəsində aparılmalıdır;
Türkiyə bununla Azərbaycan sərhədlərinin onun “qırmızı xətti” olduğunu da elan etmiş oldu.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button