Top.Mail.Ru
GÜNDƏM

“Yabançı ordunun hərbçi heykəli ucaldılıb” – Sumqayıtdakı şəhid abidəsinə ETİRAZ

“Oxuculardan xahiş edirəm fikirlərim düzgün qəbul olunsun. Tənqid təkcə həmin heykəlin müəllifinə deyil, həm də bu abidənin ora qoyulmasına məsul olan şəxsə, yaxud da yerli icra qurumunadır”.

KAİM.az xəbər verir ki, bu sözləri hərbi analitik Ramil Məmmədli Sumqayıt şəhərində şəhidlərimizin xatirəsinə ucaldılan heykəl ilə bağlı qeyd edib.

“Bu gün sosial şəbəkələrdə, hətta bəzi mətbuat orqanlarında Sumqayıt şəhərinin mərkəz hissəsində şəhidlərimizin xatirəsinə ucaldılan heykəlin fotosunu gördüm. İlk baxışda təqdir olunası bir addımdır. Çünki hər zaman şəhidlərlə bağlı abidələrdə kədər və ağrı-acı var. Lakin bu dəfə qürur və döyüş ruhu abidədə açıq təqdim olunub. Burada təəssüf doğuran məqam isə başqa bir məsələdir. Bildiyimə görə, hərbi vasitələrin də təqdim olunduğu bu səpkili heykəllər ictimaiyyətə təqdim olunmamışdan əvvəl mütəxəssislərin rəyinə ehtiyac duyulur. Daha dəqiqi hərbi qulluqçunun abidəsi zamanı onun geyimi, silah və digər dəsti mütəxəssis rəyi ilə uyğunlaşdırılır. Bu heykəldə isə qeyd etdiyim heç bir amil nəzərə alınmayıb. Nəticədə Sumqayıt şəhərinin mərkəzində Azərbaycanın Vətən Müharibəsində qalib əsgərinin yerində ABŞ və ya NATO üzvü olan hansısa bir ordunun geyim dəsti və silahı ilə təchiz olunmuş hərbçi heykəli ucaldılıb”

Hərbi analitik bildirib ki, bu həm heykəltəraşın, həm də bu abidənin ora qoyulmasında məsuliyyət daşıyan Sumqayıt şəhər İcra Hakimiyyətinin birbaşa məsuliyyətsizliyi və yuxarıda qeyd etdiyim qaydalara riayət etməməsidir.

“Xatırlatma üçün bildirim ki, hərbçi heykəlinin geyim dəsti Azərbaycan Ordusunda yoxdur. Üzərindəki silah isə ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer almayıb. Bu ABŞ istehsalı olan M-16 avtomatıdır ki, Amerikaya müttəfiq olan bəzi ölkələr də bu silahın bazasında öz avtomatlaşdırını yaradıblar. Sonda bir daha qeyd edirəm: Azərbaycan Silahlı Qüvvələrinin heç bir hərbi qulluqçusu bu silahla döyüşməyib. Çünki Azərbaycan Ordusunun silahlanmasında M-16 avtomatı yoxdur. Yaxşı olar ki, bu gözəl iş keyfiyyətli görülsün və heykəl yenilənsin”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button