Top.Mail.Ru

GÜNDƏM

“Bizi “Boz Qurdlar” əsir götürəndə 300 nəfər idik” – Erməni hərbçisi

Bu ilin fevral ayında Azərbaycan tərəfinin Ermənistana qaytardığı 19 yaşlı Karen Manukyan yerli KİV-ə açıqlamasında müharibə vaxtı baş verənlərdən danışıb.

KAİM.az xəbər verir ki, onların təxminən 300 nəfərlik hərbi dəstəsini Azərbaycanın “Boz Qurdlar” adlı kəşfiyyat qrupu əsir götürüb.

“Bizi onların ən yaşlı dəstəsi olan “Boz Qurdlar” əsir götürdü. Təəccüblüdür ki, biz sağ qaldıq. Biz blokadada qaldıq, boradan çıxmağa çalışdıq, amma bacarmadıq. Biz əsir götürüləndə yaralı idik, təxminən 300-ə yaxın əsgər idik, bəlkə indi batalyondakı 400-500 nəfərdən 50-si çətinliklə sağ qalıb. Həmin gün axşam, bizi Bakıya köçürdülər, orada bizimlə əsir düşməyən dostum Narek Sirunyanı da Bakıda mərkəzi DTX-də gördüm”, – deyə Manukyan bildirib.

Qeyd edək ki, rəsmi İrəvan Azərbaycan həbsxanalarında neçə erməni təxribatçısının qaldığını açıqlamayıb .

Avropa Məhkəməsində erməni əsirlərin maraqlarının müdafiəçisi Siranuyş Saakyan bildirib ki, Bakıda saxlanılan ermənilərin sayının onlara qaytarılandan azı 3 dəfə çox olması, 120-yə çatması barədə aydın məlumatlar var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button