Top.Mail.Ru
bannerGÜNDƏM

Kəlbəcərin işğalına son qoyulan TARİXİ GÜN – Ən böyük strateji əhəmiyyətli rayonun azad olunmasından 1 İL KEÇİR

Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunmasından bu gün bir il keçir. 44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi.

Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi. Azərbaycan tərəfi Rusiya tərəfindən çatdırılan bu xahişi qəbul etdi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu 25 noyabrın ilk dəqiqəsindən Kəlbəcərə daxil oldu, 27 ildən artıq davam edən işğal başa çatdı, Kəlbəcər azad edildi.

Xatırladaq ki, 1930-cu il 8 avqust tarixində inzibati rayon statusu verilən Kəlbəcərin 3054 kvadrat kilometr ərazisi var. İşğala qədər rayonun əhalisi 60 min nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qalmışdı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3700 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi. Ermənistan silahlı qüvvələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq 1993-cü il aprelin 2-də oranı işğal etdilər. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanmışdı.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 27 ildən artıq müddətdə qBMT qətanməsi kağız üzərində qaldı. Nəhayət Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən savaşında Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bununla həm də Azərbaycan BMT qətnaməsinin tələbini reallaşdırmış oldu.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır.

Kəlbəcərin bu sərvətləri, heyvandarlıq və turizm üçün də unikal imkanlara malik olması işğaldan sonra ermənilərin bu rayonda daha çox qanunsuz məskunlaşmasının səbəblərindən biri idi. İşğaldan sonra ən çox erməni əhalinin qanunsuz məskunlaşdırıldığı rayonun məhz Kəlbəcər olduğu son 15 gündə ermənilərin bu rayondan çıxarıldığı zaman ortaya çıxdı. Halbuki işğaldan öncə Kəlbəcərdə bir dənə də olsun erməni ailə yaşamırdı.

Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Bütün bu vandalizmə, işğala Azərbaycan Ordusunun  44 günlük Vətən müharibəsi son qoymuş oldu. Ermənistan məğlub oldu və Kəlbəcərdən çıxmağa məcburi razılıq verdi.

Aqil Məmmədov (siyasətçi) — Vikipediya

Aqil Məmmədov 

Kəlbəcərin deputatı Aqil Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu gün 27 illik həsrətə son qoyulduğu günün birinci ildönümünü yaşayırıq: “Doğma Kəlbəcərin azad olunmasının 1 illiyini yaşamağın sevincini sözlərlə ifadə etmək çətindir. Torpaq həsrəti ən ağır dərddir. Bir ildir bu həsrətimizə son qoyulub. Buna görə Cənab Ali Baş Komandanımız İlham Əliyevə, Müzəffər Ordumuza, müqəddəs şəhidlərimizə, qazilərimizə minnətdarıq.

Azərbaycan Respublikasının Prezidenti Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib | TravelNews.Az

Azərbaycanın ərazi etibarilə  ən böyük rayonu olan Kəlbəcər müharibənin ilk vaxtlarından ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın “qala qapısı” adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3700 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirmişdi, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmışdı. Ermənistanla böyük sərhədi olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. Strateji əhəmiyyət daşıyan bu rayonun işğalı Azərbaycana baha başa gəlmişdi. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bilmişdi. Belə bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Ermənistan Kəlbəcəri Azərbaycana qaytarmaq niyyətində olmadığını uzun illər idi dəfələrlə bəyan edirdi. 44 günlük müharibədə ordumuz işğalçı ordunu diz çökdürdü. Ermənistan elə ağır məğlubiyyətlə üz-üzə qaldı ki, Kəlbəcər kimi böyük əraziyə və əhəmiyyətə malik rayonu döyüşsüz Azərbaycana-öz sahibinə qaytarmağa məcbur qaldı”.

Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür

Deputat qeyd etdi ki, Kəlbəcər həm də yeraltı, yerüstü sərvətlərinə görə çox mühüm əhəmiyyət kəsb eləyən rayondur. Orada təxminən 70-dən artıq mineral yataqlar var. Dünyanın ən qiymətli mineralları bu rayonun ərazisindədir. 500-ə yaxın mineral su yatağı olan yeganə rayon da məhz Kəlbəcərdir. Kəlbəcər qısa zamanda işğaldan əvvəlki dövrdəkindən də inkişaf etmiş rayona çevriləcək: “Azərbaycanın Prezidenti İlham Əliyev işğaldan azad olunmuş rayonlarımızın hər birinin ən müasir şəkildə qurulacağını, inkişaf etdiriləcəyini bəyan edib. Biz kəlbəcərlilər buna əminik. Prezidentimiz nəyi deyirsə həyata keçir. Kəlbəcər də yenidən qurulacaq və Azərbaycanın ən inkişaf etmiş rayonlarından biri olacaq. Prezident İlham Əliyev Kəlbəcərə səfərində Kəlbəcəri cənnət məkanı adlandırdı. Həqiqətən də bu rayonun təbiəti cənnət məkandır.

Dominant.Az - “Şuşa” yarımstansiyası istifadəyə verildi - FOTOLAR

Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər vermək imkanlarına malikdir. Kəlbəcərin azad olunmasından cəmi 1 il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçkləşdirilib və sürətli iş gedir. Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verildi. 16 avqustda dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11,6 kilometrlik tunelin təməlini qoyub. Beləliklə, Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Tunelin müəyyən hissəsi qısa müddətdə açılıb və hazırda sürətli iş gedir. Prezidentin səfərində 110/35/10 kilovoltluq ”Kəlbəcər” yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub.

Qarabağda yeni enerji gücü mərkəzləri yaradılır | Report.az

Hazırda Kəlbəcərdə yeni kiçik Su Elektrik Stansiyasının da tikintisi gedir.

Kəlbəcərə Daşkəsəndən keçməklə elektrik xətti çəkilib. Rayon mərkəzində çörəkbişirmə sexi fəaliyyət göstərir.

Prezidentimizin dediyi kimi, biz eyni zamanda Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq.

Prezidentin sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Kəlbəcər bu iqtisadi rayona daxil edildi. Prezident deyib ki, Şərqi Zəngəzurun gələcək inkişafı ilə bağlı bütün işlər plan üzrə gedəcək və biz istəyimizə nail olacağıq.

Bu il pilot layihə olaraq Kənd Təsərrüfatı Nazirliyi bir qrup arı təsərrüfatları və heyvandarlıq təsərrüfatlarının Kəlbəcərdə yerləşdirilməsini təmin etdi.

Bütün bu qeyd etdiklərimiz və digər məsələlər onu deməyə əsas verir ki, Kəlbəcərdə həyat bərpa edilir. İnşallah, bərpa işləri uğurla davam etdiriləcək. Əhalimiz orada şən, firavan yaşamağa başlayacaq”.

Etibar SEYİDAĞA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button