Top.Mail.Ru

GÜNDƏM

Nazir: “İşğaldan azad edilən ərazilərdə məşğulluq xidmətləri üçün geniş potensial var”

“İT sahəsində, eləcə də digər sahələrdə mütəxəssislərin artırılması üçün Təhsil Nazirliyi ilə birgə bir sıra proqramlar hazırlanır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, məqsəd bütün sahələrdə peşəkar kadrların hazırlanmasına dəstək olmaqdır.

Loading...

“İşğaldan azad edilən ərazilərdə məşğulluq xidmətləri üçün geniş potensial var. Bu istiqamətdə də vətəndaşların işlə təmin olunması məsələsində aidiyyəti qurumlarla birlikdə tədbirlər görüləcək”, – deyə nazir qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button