Top.Mail.Ru

GÜNDƏM

Nazir müavini Azərbaycanda saxlanılan erməni əsirlərdən DANIŞDI

“Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfinin Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının qeyd-şərtsiz azadlığa buraxılması və Ermənistana qaytarılması ilə bağlı vəsatətini rədd etməklə Azərbaycanı cinayət mühakimə sisteminə, cinayət-prosessual qanunvericiliyinə, icraatda olan bu proseslərə və onların nəticələrinə töhfəsini verdi”.

KAİM.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Yəni bu prosesdə hər hansı müdaxilə edilməmişdi. Eyni zamanda, məhkəmə Azərbaycanda saxlanılan bütün şəxslərlə humanist rəftar edilmənin, onların bu proseslər çərçivəsində qanun qarşısında bərabərliyin təmin edilməsinin vacibliyini qeyd edib.

Loading...

Azərbaycanın bu öhdəliklərə daim əməl etdiyini, hələ məhkəmə dinləmələri zamanı məhkəməyə bildirib. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən bütün saxlanılan şəxslərin müntəzəm görüşlərin təşkil edildiyini, onların mütəmadi olaraq, müayinələrdən keçirildiyini və ümumilikdə təhlükəsiz bir şəraitdə saxlanıldığını məhkəmənin diqqətinə çatdırılıb”, – o vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button