Top.Mail.Ru

GÜNDƏM

“Zəfər paradı Azərbaycan Ordusunun Türkiyə Ordu modelinə keçidi demək idi…”

“Hərbi paradlar dövlətin gücünü, Silahlı Qüvvələrinin potensialını, Ordunun dövlətlə, millətlə, xalqı ilə birliyini, onun cəsarəti və fədakarlığı ilə yanaşı müasir, modern silah-sursat sistemlərinin nümayiş etdirildiyi, göstərildiyi böyük təntənəli hərbi güc nümayişidir”.

KAİM.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

Türk general bildirib ki, Zəfər paradı ilə başlayan, Şuşa Bəyannaməsi ilə davam edən bu münasibətlər Türkiyə-Azərbaycan tarixinin ən pik zirvəsidir:

Loading...

“Keçən il dekabrın 10-da Bakıda Azadlıq Meydanında baş tutan belə bir böyük miqyasda Zəfər paradı kimi parad 2018-ci ildə Bakının azad edilməsinin 100-cü ildönümü ilə əlaqədar keçirilmişdi. 3 il əvvəli paradda da prezident Rəcəb Tayyib Ərdoğan, türk əsgərləri də bu parada qatılmışdılar. O paradda çıxışlar zamanı artıq Azərbaycanın sülhə verdiyi şansın sona çatmaq üzrə olduğunu, səbrinin artıq tükənmək üzrə olduğunu, BMT TŞ-nin qətnamələrinin və beynəlxalq hüquqla nəzərdə tutulmuş addımların atılmasının vacibliyi qeyd edilmişdi. Lakin təəssüf ki, 2018-ci ildə sülhə, sabitliyə qovuşmaq üçün verilən mesajlar Ermənistanın hər zaman olduğu kimi biganəliyi, Qərbin ikili standartları nəticəsində mümkün olmadı.

Noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra 10 dekabrda Azərbaycanın Zəfər paradını qeyd etməsi Azərbaycan Ordu quruculuğu, Azərbaycan dövləti baxımından tarixi bir gün oldu. Bu, Ermənistan dövlətinin və silahlı qüvvələrinin məğlubiyyətini, məğlub ordudan ələ keçirilən qənimətlərin – hərbi maşınların, silah və sursatların Zəfər paradında nümayiş etdirilməsi Ermənistanın acizliyi, bir utanc nümunəsi kimi üzünə vurulan fakt oldu.

Eyni zamanda bu parada R.T.Ərdoğanın qatılması, onunla yanaşı Türkiyə dövlətinin bütün dövlət nümayəndələrinin iştirakı, o paradda Türkiya Silahlı Qüvvələrinin təmsil edən, Türkiya Silahlı Qüvvələrinin şərəf rəmzi olan şanlı bayrağın qatılması, bundan əlavə Türkiyənin siyasi, hərbi, hüququ və mənəvi olaraq Azərbaycanla bir ürək, bir nəfəs olduğunun təsdiqi oldu.

Parada qatılan Türkiya Silahlı Qüvvələrinin döyüş bayrağının da xüsusi bir önəmi var idi. O bayraq şanlı Bolu Komando Briqadasının bayrağıdır. Bu bayraq Qurtuluş savaşında Kiprin azad edilməsində şanla, şərəflə işini görmüş və Kiprə sülh və sabitliyi gətirən bir bayraqdır. Dolayısı ilə 44 günlük Vətən müharibəsinin sonunda da torpaqlarını azad edən Azərbaycanda həyata keçirilən Zəfər paradına da Bolu Komando Briqadasının bayrağının gətirilməsi ayrı bir məna və əhəmiyyət daşıyırdı.

Zəfər paradı Şuşa Bəyannaməsi deməkdir, Zəfər paradı Füzuli Hava Limanı deməkdir, Zəfər paradı 83 milyon Anadolu türkü ilə 10 milyon Azərbaycan xalqının bütünləşməsi, Zəfər paradı bir millətdən bir dövlətə keçid nümunəsi, Zəfər paradı Azərbaycan Ordusunun Türkiyə Ordu modelinə keçidi deməkdir. İki dövlətin bu şəkildə göstərdiyi birlik Türkd Dövlətləri Təşkilatındakı dövlətlərə də təsirini göstərdi. Bu gün İstanbul Zirvə toplantısı bir yerə toplanan birlik və bərabərlik nümunəsi halına gəlib. Zəfər paradı İstanbulda Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına, dövlətinə və silahlı qüvvələrinə qarşı bir təşəkkür hissi olaraq həm özü üçün, ümumilikdə isə türk millətinə görə apardığı savaşdan, mübarizədən ötrü mükafatlandırılması dövlət başçısının bunu Azərbaycan xalqı adından qəbul etməsi deməkdir.

Zəfər paradına Türkiyə və Azərbaycanın birgə qatılması, qardaşlığı nümayiş etdirməsi bölgə ölkələrinə, qlobal aktrolara sülh və sabitliyin, etibarın qarantisinin Türkiyə və Azərbaycan olduğunu, bu bölgədə sözünün keçməyini istəyənlərin Türkiyə və Azərbaycanın səsinə qulaq verməsi deməkdir.

Xüsusilə də Zəfər paradı ilə başlayan, Şuşa Bəyannaməsi ilə davam edən bu münasibətlər Türkiyə-Azərbaycan tarixinin ən pik zirvəsindədir. Bu dostluq və qardaşlıq digər türk dövlətlərinə, digər sülh, sabitliq, haqq, hüquq mübarizəsi aparan dövlətlərə də ilham qaynağı oldu, düşmənə qorxu, dosta güvən verdi”.

Bu etibar, bu güvən sayəsində ayaqdayıq. Gücümüz birlikdədir, birlik olduğu təqdirdə həll edə bilməyəcəyimiz məsələ yoxdur. Türk Dövlətləri Təşkilatındakı ölkələr də sıramıza qoşuldu. Bununla yanaşı, Pakistan, Macarıstan, Ukrayna kimi Türkiyə və Azərbaycana, ümumilikdə Türk Dünyasının maraqlarına dəstək verən ölkələrin qatılması da bölgə və dünya üçün sülhün, sabitliyin təmin edilməsində mühim rol oynayacaq”.

Milli.Az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button