Top.Mail.Ru

GÜNDƏM

Qarabağ müharibəsi veteranının həyat yoldaşına HAQSIZLIQ: Sahil Babayevə MÜRACİƏT – FOTO

KAİM.az “Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə Göyçay şəhəri Həbibi küçəsi ev 25 sakini 1-ci Qarabağ müharibəsi veteranı Mahmudov Elbrus Murad oğlu tərəfindən müraciəti təqdim edir:

“Bizim ailənin yeganə gəlir yeri mənim müharibə veteranlığına görə aldığım 80 manat təqaüddür. Həyat yoldaşım Mustafayeva Sevinc Soltan qızı Göyçay Peşə Hazırlıq Mərkəzində təlim-tədris Şöbəsinin böyük mütəxəsisi vəzifəsində işləyirdi. 2010 -cu ildən rayon İcra Hakimiyyəti məsləhət gördüyü üçün Məşğulluq Mərkəzi tərəfindən Göyçay Regional Peşə Tədris Mərkəzinə tədris istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. 2019-cu ildə struktur dəyişikliyinə görə yəni idarənin adı dəyişdirildiyi üçün həmin mərkəzdə direktor müavini vəzifəsində çalışmışdır.

24 iyun 2021-ci il tarixdə Göyçay Peşə Hazırlıq Mərkəzində təlim tədris şöbəsinin böyük mütəxəsisi vəzifəsinə təyin olunub.

Loading...

11 il işlədiyi işinin əmək müqaviləsinə xitam verilib. Ancaq heç bir qanuni əsas olmadan onunla təkrar əmək müqaviləsi bağlanmayıb. Səbəb isə Sevinc Mustafayevanın üzləşdiyi qanunsuzluğa görə Peşə Departamentinin sədri Fuad Mehdizadənin qanunsuz əməlləri barədə şikayət etməsi olub.

Nazirlikdən isə Sevinc Mustafayevaya bildirilib ki, qızınız Rəvanə Mahmudova onun direktor müavini vəzifəsində çalışdığı idarədə xadimə işləyib. Sevinc Mustafayeva isə onlara izah edib ki, onun idarəyə işçi qəbul etmək səlahiyyəti olmayıb, qızım isə həmin xadimə vəzifəsinə “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında təyin edilib.

Bu tam əsassız səbəbdir ki, göstəriblər. Çünki, 19 saylı Ərazi Məşğulluq Filialının müdiri Samir Nuriyevin qardaşı Elşən Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyir. Həmçinin 11 saylı Ərazi Məşğulluq Filialının mütəxəsisi Musa Musayevin həyat yoldaşı Göyçay Məşğulluq Mərkəzində vəzifədə işləyir.

Hətta Sevinc Mustafayevanın şikayəti üzrə Nazirliyin daxili nəzarət audit şöbəsində araşdırma aparılıb. Həmin vaxt Sevinc Mustafayevanın şikayətində göstərdiyi faktları təsdiq edən konkret və mötəbər sübutları Göyçay Peşə Hazırlıq Mərkəzinin müdiri Bəhmən İmranov daxili nəzarət audit şöbəsinə təqdim edib.

Buna baxmayaraq heç bir tədbir görülməyib.

Nazir Sahil Babayev bizi onlayn qəbul etməsi üçün göndərdiyimiz müraciətdən sonra Nihad Muxtarlı və Mustafa Abbasbəyli bizi onlayn qəbul edib. Biz nazir Sahil Babayevin onlayn qəbuluna düşmək istəsək də buna imkan yaradılmır. İlk olaraq nazir müavini Anar Əliyevin onlayn qəbulundan sonra bunun baş tuta biləcəyi qeyd edilsə də iki aydır gözləyirik

Sevinc Mustafayevanın işlədiyi Göyçay Peşə Hazırlıq Mərkəzində hazırda 5 vakant iş yeri var. Ora təyinat olmayıb. Sevinc Mustafayeva həmin vəzifəyə təyin olunmasını istəyir və yaxud Nazir cənab Sahil Babayevin onlayn qəbuluna düşmək istəyirik ki, obyektiv həqiqəti ona şəxsən çatdıra bilək.

Əlaqə telefonu ; (055) 882-89-54″

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button