Top.Mail.Ru

bannerGÜNDƏM

SON DƏQİQƏ! İki hərbçimizin əsir düşərək İrəvana aparılması XƏBƏRİ YAYILDI – FOTO

Ermənistan mediası Teleqram kanallarına istinadla iki azərbaycanlı əsgərin əsir düşdüyü haqda məlumat yayıb.

KAİM.az xəbər verir ki, Teleqram kanallarında Azərbaycan əsgərinin formasında olduğu görünən əli skoçla bağlanmış iki əsgərin maşında fotosu da paylaşılıb.

Onların İrəvana aparıldığı iddia edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Ədalətli Ermənistan Partiyasının lideri Norayr Norikyan da iki azərbaycanlı əsgərin əsir götürüldüyünü bildirib. Onun sözünə görə, hadisə 18 dekabrda, Cermux istiqamətində olub. Əsir götürülənlərdən birinin kapitan rütbəsu daşıdığı iddia edilib.

Ermənistan MN hadisəni şərh etməyib.

Xatırladaq ki, Azərbaycan bu gün 16 noyabrda əsir götürülən daha 10 erməni əsgəri geri qaytarıb. Bunun qarşılığında dünən əsir götürüldüyü iddia edilən iki azərbaycanlı hərbçinin geri verilib-verilmədiyi bilinmir.
Azərbaycan MN hadisə ilə bağlı heç bir rəsmi açıqlama yaymayıb.

mənbə: Buta.ws

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button