Top.Mail.Ru

GÜNDƏM

Bakıda müştərilərə oğurluq avtomobil hissələri SATILIR? – Vilayət Eyvazova MÜRACİƏT

Bakıda müxtəlif yollarla dələduzluqla məşğul olan mağazanın tələsinə düşmüş Əliyev Mahir Həsənxan oğlu Daxili İşlər naziri cənab Vilayət Eyvazova müraciət edib.

KAİM.az xəbər verir ki, bu barədə o çəkiliş edərək baş vermiş bədbəxt hadisə ilə bağlı ətraflı məlumat verib.

Belə ki, Əliyev Mahir paytaxtın 4-cü mikrorayon adlanan hissəsində yerləşən, işlənmiş avtomobil hissələrinin satışı ilə məşğul olan mağazadan 4000 manat məbləğində mühərrik amışdır. Lakin, satış zamanı alıcıya avtomobil hissəsinin hər hansı sənədi və zəmanəti verilməyib. Qısa müddət sonra, mühərrikdə nasazlıqlar yaranıb. Bu barədə satış mağazasının müdiri Adıgözəl adlı şəxsə məlumat verən şikayətçi heç bir nəticə əldə edə bilməyib.

Loading...
Yazının davamı reklamdan sonra

Alınmış mühərrikin sənədlərini əldə edə bilməyən və bu səbəbdən oğurluq olması şübhəsinə düşən Əliyev Mahir Həsənxan oğlu çıxış yolunu cənab nazir Vilayət Eyvazova müraciət etməkdə görüb.

Müraciəti təqdim edirik:

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button