Top.Mail.Ru

bannerGÜNDƏM

SON DƏQİQƏ! Silahlı qüvvələrdə ÇAXNAŞMA: Bu hərbçilərin həbs anonsu VERİLDİ

“Mən etdiyim səhvi heç vaxt təkrarlamaram. Bu, bir dəfə olur. Ordu ilə bağlı hər hansı məsələnin açıq müzakirəsindən imtina edirəm”.

KAİM.az erməni mediasına istinadən xəbər verir ki, bunları Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan ordu üçün hansı silah və hərbi texnikanın alınması ilə bağlı sualı cavablandırarkən bildirib ki, özünümüdafiə sistemində əsaslı islahatlar aparılacaq:

Loading...

“İncəliklərlə bağlı məsələləri, ordu ilə əlaqədar konkret mövzuları müzakirə etməyəcəm və hamıya bunları açıq müzakirə etməməyi məsləhət görürəm. Amma bizim silahlı qüvvələrlə bağlı bütün yanaşmalarımız hökumətin fəaliyyət proqramında öz əksini tapıb. Orada hər şey qeyd olunub və proseslər onun çərçivəsində baş verəcək”.

Məğlub olan yüksək rütbəli zabitlərin niyə işdən çıxarılmamasına, onların yerinə müharibədə ən yaxşı xidmətləri olanların namizəd göstərilməməsinə gəlincə, Paşinyan deyib ki, elə ən vacib məsələ də budur:

“Ancaq hər şeyi qarışdırmamaq üçün çox diqqətli olmalısınız. Elə hallar olub ki, hansısa komandir şöhrət qazanıb, amma sonrakı araşdırma zamanı məlum olub ki, hər şey heç də belə deyil. Yalan məlumat verən bütün şəxslər cəzalandırılıb, cəzalandırılır və cəzalandırılacaq. Bu, gündəmdə olan çox vacib məsələdir, amma təfərrüat vermək istəmirəm”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button