Top.Mail.Ru

GÜNDƏM

“Tələbələr gedib 300-400 manata Qarabağda işləyəcəklər” – Deputatdan TƏKLİF

Deputat Aqil Abbas Gənclər və İdman Nazirliyinə müraciət edərək tələbə-inşaat dəstələrinin yenidən bərpa olunmasını təklif edib.

KAİM.az-ın məlumatına görə deputat bildirib ki, indi azad olunmuş ərazilərdə çox böyük quruculuq işləri aparılır:

“Ağdamda da hazırda bu proses davam edir. Tələbə- inşaat dəstələri yenidən bərpa olunsa, bu, 10 minə qədər işçi qüvvəsi deməkdir.

Loading...

Gənclər və İdman Nazirliyindən xahiş edirəm ki, bunu formalaşdırsın. Bu, könüllülük prinsipidir, amma tələbələr hamısı gedəcəklər. Bu, Qarabağ üçün çox vacibdir, işçi tapılmır. Verdikləri maaş da maaş da deyil.Tələbə isə 300-400 manata Qarabağda gedib işləyəcək. Necə ki, ölümə gənclər getdilər. Belə də pulsuz da işləyə bilərlər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button