Top.Mail.Ru

GÜNDƏM

“Narkomanlıq ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Ümumbəşəri bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəallıq göstərməlidir

Dekabrın 28-də Səbail Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 162 saylı tam orta məktəbdə “Narkomanlıq ümumbəşəri bəladır, ona qarşı mübarizə hamımızın vəzifəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.  

KAİM.az xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Polis İdarəsinin rəhbərliyi və əməkdaşları, digər dövlət orqanlarının nümayəndələri, orta məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak edib.

Loading...

Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov çıxışında cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr və məhvedici təsirləri barədə geniş məlumat verib, belə insanların yaşadığı acı sonluqdan danışıb. O, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkəmizdə aparılan qətiyyətli mübarizə tədbirləri barədə məlumat verib, narkotacirlərin məhz iradəsi zəif olan gənclər vasitəsilə öz şəbəkələrini genişləndirməyə cəhd etdiklərini, xüsusən tələbələri bu işə cəlb etməyə, qazanc götürməyə çalışdıqlarını bildirib.

Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələri öz ətraflarına hər zaman diqqət yetirməyə, narkotik vasitə istifadə edən və ya satan şəxs gördükdə, bu barədə hər hansı məlumatları olduqda dərhal valideynlərinə, müəllimlərinə və polis əməkdaşlarına məlumat verməli olduqlarını qeyd edib.

Tədbirdə bu ümumbəşəri bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəallıq göstərməli olduğu, şagirdlərə sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələri, mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri üçün tövsiyələr verilib.

Daha sonra narkomaniya ilə bağlı videoçarx təqdim edilib, mövzu ilə bağlı suallar cavablandırılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button