Top.Mail.Ru

GÜNDƏM

Kasıbları təhqir edən “Gelandewagen” sürücüsü xalqdan üzr istədi

Bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

KAİM.az bu barədə DİN-ə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.

Loading...

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button