Top.Mail.Ru

GÜNDƏM

TƏCİLİ! Prezidentin məmurlara xəbərdarlığı NƏTİCƏ VERİR: Yaxın günlərdə…

Prezident İlham Əliyev ötən gün yerli telekanallara müsahibə verib. Bir çox məqamlara aydınlıq gətirən ölkə başçısı Azərbaycanda fəaliyyət göstərən məmurlara ünvanlı ifadələr səsləndirib. Prezident korrupsiya və rüşvətxorluğa yol verən kadrları ciddi cəzalar gözlədiyini xüsusi vurğulayıb:

“Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır. Əgər bu və ya digər məmur çirkaba bulaşarsa, cəza çox sərt olacaq”.

Dövlət başçısı bəzi məmurların fəaliyyətini “ayı xidməti”nə bənzədib:

Loading...

“Nəticə də onu göstərir – ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.

KAİM.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ölkə başçısının ünvanlandığı mesajların tezliklə əməldə reallaşdırılacağını bildirib.

Deputatın fikrincə, yaxın gələcəkdə Azərbaycanda yenidən kadr islahatlarının şahidi olacağıq:

“Prezident İlham Əliyev ötən gün yerli telekanallara müsahibəsində olduqca ciddi, əhəmiyyətli və aktual məsələlərə aydınlıq gətirdi, yeni fikirlər ifadə etdi. Zamanın çağırışına uyğun istiqamətlər, dövlətimiz və dövlətçiliyimiz baxımından önəmli məqamlar qeyd edildi.

Prezidentin toxunduğu vacib məsələlərdən biri də idarəetmə sistemində rol oynayan, Azərbaycan xalqına xidmət edən kadrlar haqqında məqamlar idi. O, bir daha həyata keçirilmiş iqtisadi islahatların vacibliyini və üstün cəhətlərini diqqətə çatdırmaqla bərabər həm də kadrların rüşvətxorluq və korrupsiya hallarına yol verdiyini söylədi. İndiki halda da rüşvətxorluqla məşğul olan bəzi kadrlar haqqında dəqiq informasiyalar prezidentə bəllidir. Ölkə başçısı buna qarşı hər zaman prinsipial mövqe nümayiş etdirib. Mən əminəm ki, dünən səsləndirdiyi fikirlərdən sonra yeni kadr islahatların şahidi olacağıq.

Prezident İlham Əliyev yaxşı bir ifadə işlətdi ki, kimsə, özünü tam idarə edə bilmir, qoyulan tələblərə cavab vermir, bir neçə il işləyir, sonradan yenidən əvvəlki sələflərinin əməllərini təkrar edərək, korrupsiya və rüşvətxorluqla məşğul olursa, ona yol göstərilir, idarəçilikdən uzaqlaşdırılır. Qanun pozuntularına yol verən, xalqın və dövlətin maraqlarına, vəsaitinə ziyan vuran məmurları dəmir barmaqlıqlar gözləyir. Bu kifayət qədər ciddi xəbərdarlıqdır və nəticə çıxarmaq lazımdır”.

Parlamentari onu da vurğulayıb ki, mütəmadi aparılan kadr islahatları özünün əhəmiyyətli və ciddi nəticələrini verir:

“Lakin görünən budur ki, hələ də məmurlar içərisində, süründürməçilik, bürokratiya, rüşvətxorluq və korrupsiya halları var və bu, əlbəttə, yolverilməzdir. Azərbaycan yeni inkişaf mərhələsinə daxil olub. Cəmiyyətimizə, dövlətimizə, xalq və dövlət arasındakı sağlam münasibətlərə xələl gətirən bu bəladan tamamilə xilas olmaq lazımdır. Bunun yeganə yolu isə millətə və dövlətə təmənnasız və aldığı əməkhaqqı ilə xidmət etməyi özünün müqəddəs borcu hesab etməkdir. Belə kadrlar da var.

Bu xəbərdarlıqdan sonra məmurlar da özləri üçün ciddi nəticə çıxaracaqlar. Nəticə çıxarmayanlar da bizim və cəmiyyətin şahidliyi ilə məhkəmə qarşısına çıxarılacaq, layiqli cəzalarını alacaqlar.

Ölkə başçısı həmişə qeyd etdiyi fikirlərdən, ötürdüyü mesajlardan sonra konkret addımlarını atır. Bunu Prezidentimizin hakimiyyəti dövründə həmişə görmüşük. Hesab edirəm ki, onun qeyd etdiyi fikirlər əməldə reallaşacaq. İşini bacarmayanların daha bir qismi idarəetmədən uzaqlaşdırılacaq.

“Böyük Qayıdış”, Ermənistanın təxribatları, regionda sülhün təmin olunması, ölkə idarəçiliyində qeyd edilən məqamlar, məmur özbaşınalığı barəsində konkret addımların şahidi olacağıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button