Top.Mail.Ru
GÜNDƏM

“Qarabağ Azərbaycandır!” şüarı Roli şəhərində – DİASPOR FƏALİYYƏTİ

ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində Qarabağ Azərbaycandır! şüarı
yazılmış lövhə quraşdırılıb.

Azərbaycan Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı Adika İqbala məxsus
bu təşəbbüs əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi
bütövlüyünün bərpası uğrunda aparılan II Qarabağ savaşında qazanılan tarixi Qələbəyə
həsr olunub. Soydaşımızın təşəbbüsü Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə
gerçəkləşdirilib.

Roli şəhərinin mərkəzi avtomobil magistralının kənarında yerləşdirilən lövhədə
BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz işğaldan
azad edilməsi ilə bağlı qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələri də göstərilib.
Lövhənin 1 ay müddətində nümayiş olunması nəzərdə tutulub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button