Top.Mail.Ru

GÜNDƏM

Fuad Muradov Devid Harrislə  yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Komitə sədri bugünkü görüşün ötən ilin  noyabr ayında ABŞ səfəri çərçivəsində Devid Harrislə baş tutmuş səmərəli görüşün davamı olduğunu  xatırladaraq  Azərbaycan diasporu ilə ABŞ-dakı yəhudi icmaları arasındakı əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

Daha sonra Fuad Muradov qonaqlara Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, ABŞ-dakı yəhudi icmaları ilə əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib və bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların ana vətənləri ilə əlaqələrinin saxlanması, eləcə də möhkəmlənməsi üçün davamlı layihələr reallaşdırılır, bu layihələrin həyata keçirilməsində yəhudi diasporunun təcrübəsindən istifadə olunur.

Loading...

Nümayəndə heyətinə son günlər Azərbaycan Respublikasının dövlət sərhədi boyunca Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar barədə də məlumat verilib.

Görüşə və təqdim olunmuş məlumata görə minnətdarlığını ifadə edən Devid Harris hər dəfə Azərbaycana gələndə yüksək tolerantlığın, bütün millətlərin dostluq və qardaşlıq münasibətləri içərisində firəvan yaşadığının bir daha şahidi olduğunu qeyd edib.

Görüşdə tərəflər, həmçinin Azərbaycan diaspor təşkilatları ilə ABŞ-dakı yəhudi icmalarının münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button