Top.Mail.Ru

GÜNDƏM

“Azərsu” hava şəraiti ilə bağlı abunəçilərə müraciət etdi – FOTO/VİDEO

“Qeyri-sabit və şaxtalı hava şəraiti olan günlərdə içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir”.

Bu barədə “Azərsu” ASC-nin abunəçilərə müraciətində bildirilir.

“Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir.

Loading...
Yazının davamı reklamdan sonra

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzəri yun parça kimi isti örtüklərlə sarınmalı və ya sayğac qutusunun içinə quru ağac yonqarı yığmaqla əhatə olunması tövsiyə edilir.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu”yun 24 saat fəaliyyət göstərən 955 Qaynar xətt xidmətinə müraciət edə bilərlər.

Nazirlər Kabinetinin 17 iyul 2014-cü tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların (sayğacların) işlək vəziyyətdə saxlanılmasına istehlakçı cavabdehlik daşıyır. Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də qeyri-əhali istehlakçıları üçün quraşdırılımış sayğaclar istənilən kənar müdaxilə nəticəsində zədələnərək sıradan çıxarsa (sayğacların sındırılması, şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxması və s.) onların yeniləri ilə əvəzlənməsi abonentin hesabına həyata keçirilir”, – deyə qurum bəyan edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button