Top.Mail.Ru

GÜNDƏM

SON DƏQİQƏ! Azərbaycanda orta aylıq maaşlar ARTIRILIR – Yeni ARTIM FAİZİ AÇIQLANDI

“Azərbaycan qanunvericiyinə əsasən, həm əmək pensiyaları, həm də pensiya kapitalı indeksasiya olunur. Yəni hər iki vəsait hər ilin əvvəlində keçən ilin göstəricilərinə əsasən indeksasiya olunur”.

KAİM.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O deyib ki, əmək pensiyaları əvvəlki illərdə orta aylıq əmək haqqının artım faizi ilə indeksiyasiya olunur.
Deputatın sözlərinə görə, əvvəlki ildə orta aylıq əməkhaqqı nə qədər artırsa, nəticədə bu, əmək pensiyalarının həmin faizə uyğun olaraq artmasına gətirib çıxarır:
“Eyni zamanda, pensiya kapitalı əvvəlki ilin inflyasiya göstəricisinə uyğun indeksasiya olunur. Bu zaman inflyasiya göstəricisinə uyğun olaraq, pensiya kapitalının indeksasiyası həyata keçirilir. Burada məqsəd pensiya kapitalının məbləğinə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdır. Nəzərə alsaq ki, hər iki, həm orta aylıq əmək haqqı, həm də inflyasiya göstəricisi ilə bağlı rəsmi rəqəmlər hər il yanvar ayının ikinci yarısında elan olunur, onda deyə bilərik ki, həmin rəqəmlərə uyğun indeksasiya ilə bağlı qərar önümüzdəki günlərdə veriləcək”.
V.Bayramov qeyd edib ki, yanvarın ikinci yarısında orta aylıq əmək haqqı və inflyasiya ilə bağlı son rəqəmlərin elan olunacağı gözlənilir:

Loading...

“Buna əsasən də indeksasiya həyata keçiriləcək. Hələlik Statistika Komitəsi tərəfindən rəsmi rəqəmlər elan olunmayıb. İlkin göstəricilərə əsasən, orta aylıq əmək haqqının 5,3 faiz artacağı gözlənilir. İnflyasiya səviyyəsi nisbətən yüksək, 7 faizə yaxındır. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra indeksasiya həyata keçiriləcək və əmək pensiyaları tam olaraq indeksasiya olunacaq”.

“Məsələn, əgər əmək pensiyasının məbləği 500 manatdırsa, 2021-ci ildə orta aylıq əməkhaqqı nə qədər artıbsa, həmin artım faizinə indeksasiya olunacaq. Yəni, həmin artım faizi qədər 500 manatın üzərinə vəsait gələcək”, -sonda o qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button