Top.Mail.Ru

GÜNDƏM

SON DƏQİQƏ! Ərdoğandan İNANILMAZ AÇIQLAMA: Putinin işğal planını belə İFŞA ETDİ

“Mən həmişə cənab Putinlə keçirdiyim hər görüşdə ona deyirəm ki, biz Krımın işğalının əleyhinəyik”.

KAİM.az xəbər verir ki, bunu Albaniyadan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Rusiyanın Ukraynaya təcavüzünü real yanaşma kimi görmürəm. Çünki Ukrayna sıradan ölkə deyil. Ukrayna qüdrətli ölkədir. Həmçinin Rusiya bu addımı atması üçün bütün dünyadakı durumu və özünün vəziyyətini nəzərdən keçirməlidir. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilməz. Bu da düzgün olmazdı. Artıq müharibəni siyasət tarixindən silmək lazımdır. Bu işlər “Mən bir yerin torpaqlarını işğal edim, alım” məntiqi ilə getməyəcək. Məsələn, Rusiya Ukraynada nə etdi? Krımı ələ keçirdi. Mən həmişə cənab Putinlə keçirdiyim hər görüşdə ona deyirəm ki, biz Krımın işğalının əleyhinəyik. Xarici işlər nazirimiz də həmsöhbətlərinə bunu deyir. Yəni bu məsələdə siyasətimiz aydındır”, – Türkiyə lideri bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button