Top.Mail.Ru

GÜNDƏM

ABŞ nəşrindən ŞOK AÇIQLAMA: Savaş başlayarsa, Rusiyanın bu şəhəri HƏDƏF OLACAQ

Qərb ölkələri NATO ilə Rusiya arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Kalininqradın zərərsizləşdirilməsi planına əl ata bilər.

KAİM.az Publika.az-a istinadla xəbər verir ki, metod ABŞ-ın Leksinqton İnstitutunun analitiki Sara Uayt tərəfindən “19FortyFive” Amerika nəşri üçün açıqlanıb.

Nəşrdə qeyd edilib ki, “Polşa və Litva ilə həmsərhəd olan Rusiya yarımeklavı Şimali Atlantika Alyansına “çox baş ağrısı” verə bilər. Bölgə xüsusilə “İsgəndər-M” yüksək dəqiqlikli operativ-taktiki raket sistemi və qanadlı raketləri olan qırıcılarla yaxşı silahlanıb. Həmçinin, Kalininqrad bölgəsi Rusiya Hərbi Dəniz Qüvvələrinin vətənidir və bu təhlükə aradan qaldırılmalıdır”.

Loading...
Yazının davamı reklamdan sonra

Analitikin fikrincə, müharibə olacağı təqdirdə regionun zərərsizləşdirilməsi işi NATO-nun qonşuları olan Polşa və Litvaya həvalə edilə bilər, lakin bunu etmək asan olmayacaq. Ona görə də Avropa dövlətləri təcili olaraq öz ərazilərində Rusiya silahları ilə mübarizə apara bilən sistemlər yerləşdirməklə hava hücumundan müdafiə sistemlərini və silahlarını gücləndirməlidirlər. Analitik əmindir ki, Amerikanın “Patriot” zenit sistemləri (SAM), M1 Abrams tankları və beşinci nəsil F-35 “Lightning” II təyyarələrinin alınması effektiv olacaq.

Müəllif əlavə edib ki, Litvanın belə bahalı silahlara gücü çatmır, lakin o, raket əleyhinə müdafiə sistemləri quraşdırmalıdır.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa və Baltikyanı ölkələrin sərhədlərdə 30 mindən çox əsgər, hərbi texnika və silah cəmləşdirdiyini açıqlamışdı. Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov bildirib ki, NATO qüvvələrinin İttifaq dövlətinin sərhədlərinə köçürülməsi təsirsiz ötüşməyəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button