Top.Mail.Ru
GÜNDƏM

“Vestnik Kavkaza”: Qarabağda “Mağaza diplomatiyası” başlayır

“Azərbaycanlılar son günlər Qarabağın ermənilər yaşayan ərazilərində tez-tez görünməyə başlayıblar. Xankəndində, Əsgəranda və digər yaşayış məntəqələrində  azərbaycanlılara sonuncu dəfə 30 il əvvəl rast gəlinib. İndi azərbaycanlılar yenidən bu ərazilərə dönməyə başlayıblar”.

KONKRET.az xəbər verir ki, bu məlumatı “Vestnik Kavkaza” yayıb. Məlumatda deyilir ki, “Azərbaycanlılar Dağlıq Qarabağın bölgələrindəki mağazalarda sərbəst alış-veriş edirlər. Alış-verişdən isə hər iki tərəf razıdır. Göründüyü kimi? xalq diplomatiyası artıq işə düşüb. Bunun isə ilkin mərhələsi ticarət əlaqələrinin qurulmasıdır. Buna “mağaza diplomatiyası” da demək olar”.

Nəşr onu da əlavə edib ki, alverin hansı valyuta ilə aparıldığı hələlik bildirilmir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button