Top.Mail.Ru

GÜNDƏM

SOCAR bəzi yataqların işlənilməsində kənar podratçılara üstünlük verəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) portfoliosuna strateji əhəmiyyətli ehtiyatlara malik olan yataqlarla yanaşı, tükənmiş, çətin çıxarıla bilən ehtiyatlarla müşahidə edilə bilən yataqlar da daxildir.

“Report”un məlumatına görə, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bu gün keçirilən parlamentin plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu yataqlarda hasilatın stabil saxlanılması, artırılması və eyni zamanda fəaliyyətin dayanıqlığını təmin etmək üçün vəsait tələb edən, ancaq SOCAR-ın ümumi strategiyası baxımından o qədər də investisiya yatırılması baxımından maraq kəsb etməyən yataqların işlənilməsində kənar podratçı tərəflərin xüsusi rejimli risk xidmət sazişlərinin çərçivəsində işlənilməsinə üstünlük verilir.

Loading...
Yazının davamı reklamdan sonra

O bildirib ki, bunun da əsasında SOCAR tərəfindən əlavə investisiya riskini yaratmadan hasilatın artırılması, fəaiyyətin dayanıqlığının təmin olunması, vətəndaşların iş yerləri ilə təmin edilməsi və sosial problemlərin həll edilməsi üçün məqsəd müvafiq ekosistem və biznes mühiti yaradılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button