Top.Mail.Ru
GÜNDƏM

Azərbaycan və Türkiyəyə “yan baxmaq” istəyənlərə Ankara XƏBƏRDARLIĞI

Zəfər seçkisindən sonra keçirilən andiçmə mərasimindəki çıxışında “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, deyən Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq, 5-ci dəfə prezident seçildikdən sonra da ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. Dövlət başçımız xüsusilə vurğuladı ki, Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Təkcə bu fakt Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olduğunun bariz nümayişidir.

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli və geniş tərkibli görüşlər zamanı, həmçinin mətbuat qarşısında səsləndirilən bəyanatlarda iki qardaş ölkənin keçmiş əlaqələri, mövcud münasibətləri, əməkdaşlıq perspektivləri barədə önəmli açıqlamalar, çox vacib mesajlar verildi.

Saytların yığılması Saytların yığılması

BEYAN EN SON.jpg (89 KB)

Prezident İlham Əliyev bildirdi ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Nə xoşdur ki, Türkiyənin bu gün dünya miqyasında söz sahibi olduğu iki qardaş liderin görüşündə qürurla səslənir. Prezident İlham Əliyev fəxarətlə söylədi ki, təkcə bölgəmizdə deyil, dünya miqyasında da bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Bəli, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Dost-düşmən sevinir, düşmənin gözü kor olur bu uğura, bu reallığa: Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır.

Düz 36 il əvvəl separatizm ocağının çatıldığı Türk yurdunda, Xankəndidə bayrağını ucaltmış, Zəfər seçkisində separatizmə, xunta rejiminin tabutuna son mismarı vurmuş İlham Əliyev qələbələrimizin qazanılmasına bizim qədər sevinən, torpaqlarımızın yağılardan təmizlənməsi prosesində hər an Azərbaycanın yanında olan qardaş ölkədə məmnunluqla o şərəfli tarixi xatırlatdı. “2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarındanTürkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı”, deyən dövlət başçısı bəyan etdi ki, Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Həmçinin qeyd etdi ki, İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.

Qardaş ölkələrin liderləri çıxışlarında Şuşa Bəyannaməsinə istinad etdilər, heç şübhəsiz ki, bu, təsadüfi deyildi. 

susa beyna.jpg (1.32 MB)

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin müttəfiqliyinin, qardaşlığının 21-ci əsrdə yeni zirvəyə qaldırılmasıdır, yaddaşımızın yenilənməsidir, tarixi Qars müqaviləsinin məntiqi davamıdır.

Prezident bildirdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Ancaq söhbət təkcə iki qardaş ölkənin müttəfiqliyindən getmir, hədəfimiz daha da böyüyüb. Sitat: “Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”.

Cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyi elan olundu. Daha bir möhtəşəm hadisə: müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək!

KİPRİ.jpg (87 KB)

Bu, dünyanın ədalətsizliyindən on illərdir əziyyətlər çəkən Quzey Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına inteqrasiyası ilə bağlı növbəti tarixi addımdır. Ölkə başçımız da bildirdi ki, bu hadisə Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. 2015-ci ildə, qardaş Türkiyənin evsahibliyi ilə keçirilən G-20-lərin Antalya Zirvəsinə Azərbaycan Prezidenti və Birinci xanım fəxri qonaqlar olaraq dəvət edilmişdilər. Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlətini dünyanın önəmli liderlərinin zirvəsində fəxri qonaq olaraq görmək istəmişdi. İndi Azərbaycan Prezidenti Türk Dövlətlərinin Şuşa Zirvəsinə “Yavru Vatan”ın lideri Ersin Tatarı dəvət edir, möhtəşəm hadisədir, həm də gözəl ənənədir! Quzey Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət olaraq tanınmasına da şahidlik edəcəyik bir gün. Necə ki, Azərbaycanın yolunu kəsməyə çox çalışdı, antitürk qüvvələr, amma Qarabağımıza gedən yolumuzda sədd olmağı bacarmadılar, əzib keçdik hamısını!

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın türkofobiya, islamofobiya mərəzinə yoluxanlara qəti xəbərdarlığı da qürurvericidir:

“Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik… Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik”. Bu, “dünya beşdən böyükdür”, ismarıcının məntiqi davamıdır, Azərbaycan-Türkiyə birliyinin əbədi olmasının xatırlanmasıdır!

XATİRLAN.jpg (190 KB)

Cənab Ərdoğanın İrəvana xəbərdarlığı da unudulmamalıdır. “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik” – mövqeyi Ermənistandakı revanşçılara və havadarlarına “ağlınızı başınıza yığın”, demək idi. Türkiyə lideri bir daha vurğuladı ki, Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bəli, əgər Ermənistan bu fürsət pəncərəsindən dünyaya boylanmaq istəyirsə, Türkiyə və Azərbaycana qarşı absurdlardan əl çəkməlidir!

Azərbaycan və Türkiyə liderlərinin Ankara görüşü zamanı iki qardaş ölkə arasında növbəti mühüm sazişlər imzalandı. Bunlardır həmin sazişlər: “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i; “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”. Xeyirli-uğurlu olsun! Xüsusən də “Bir millət, iki dövlət”in birgə universitetində ali təhsil alacaq gənclərimiz gələcəkdə bu birliyə güc qatacaqlar! Necə ki, dövlət başçısı bildirdi: “Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bəli, bu universitetin yaradılması bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Özü də yaradılışı azad Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti ilə eyni dövrə düşdü iki qardaş ölkənin birgə ali məktəbi!”

KARABAKH SON.jpg (194 KB)

Ümumilikdə Ankarada əldə olunan anlaşmalar “Bir millət, iki dövlət”in birgə həyata keçirdiyi çoxsaylı layihələrə yenilərinin əlavə olunmasıdır. Bəli, iki ölkə arasında nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır, enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Dövlət başçısı bildirdi ki, ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Amma bununla kifayətlənmək niyyətində deyilik, hədəf 15 milyarddır!

Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Ölkəmizin başçısı qeyd etdi ki, əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir. Ancaq qarşıda daha bir hədəf var: Zəngəzur dəhlizinin işləməsi halında bütövlükdə Turan dünyası üçün yeni üfüqlər açılacaq, Azərbaycan və Türkiyə arasında 1920-ci ildə uçurulmuş körpünün bərpası ilə iki qardaş arasındakı quru əlaqə bərpa olunacaq! Zəngəzur dəhlizinin bərpası halında iki ölkə arasında əlaqələr daha da yüksəklərə qaldırılacaq, buna qəti şübhəmiz yoxdur.

DEHLİZ EN SON.jpg (183 KB)

Dövlət başçımız bildirdi ki, əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır”, deməklə Prezident İlham Əliyev həm də Şuşa Müttəfiqliyinə işarə etdi. Həm də iki qardaş ölkənin Turan Ordusu yaradılması istiqamətində önəmli addımlar atdığını söyləmək üçün kifayət qədər əsaslar var. Azərbaycan Prezidenti də söylədi: “İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”. Bu, Azərbaycan və həmçinin Türkiyəyə “yan baxmaq” istəyən çevrələrə Ankara xəbərdarlığı oldu! Şuşa Bəyannaməsi yasaq edir bu baxışları, unutmasınlar!

DAGİN .png (734 KB)

2021-ci ilin iyununda Şuşa səfəri zamanı cənab Ərdoğanla Azərbaycan Prezidenti arasında ilginc dialoq olmuşdu, yəqin xatırlayırsınız:

İlham Əliyev: O yer ki var, iki dağın arasında, orası Xankəndi şəhəri

R.T.Ərdoğan: Hotel ordamı?

Azərbaycan Prezidenti: hayr, hayr. Orda da olacaq…

R.T.Ərdoğan: İnşallah, İnşallah…

O zaman hələ separatçı xunta rejiminin kökü qazılmamışdı, amma nəyi, nə zaman etməyi hamıdan yaxşı bilən lider heç bir şübhəsi olmadan əmin etmişdi qardaşını! Budur, Xankəndiyə getmək zamanı çatdı. Hətta Xocalıya da…

KOCALİ.jpg (44 KB)

Yeri gəlmişkən, 26 fevralda Rəcəb Tayyib bəyin 70 illik yubiley yaşı tamam olacaq. Ötən il Türkiyə Cümhurbaşqanının ad günündə Xocalıya səfər edəcəyi xəbəri də yayılmışdı… Bəlkə elə…

Bənzər yazılar