Top.Mail.Ru
GÜNDƏM

Bütün gözlər TÜRKİYƏDƏ – Gərgin proses başlayır, sabah…

Amerika mətbuatında ABŞ dövlət katibi Entoni Blinkenin İsveçin NATO üzvlüyü və Türkiyənin F-16-nın təsdiqi üçün gərgin danışıqlar dövrü yaşadığına diqqət çəkilib, Hakan Fidanın xarici işlər naziri təyin olunması ilə prosesin sürətləndiyi ifadə edilib.

Musavat.com xəbər verir ki, CNN International-ın məlumatına görə, Fidan prezident Ərdoğana sələfi Mövlud Çavuşoğlundan daha yaxın olub. Blinken və Fidan keçən iyun ayında konfransa getdikləri Londonda mümkün razılaşmanın təfərrüatlarını müzakirə ediblər. O zaman Bob Menendez Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri idi və F-16-ların satışına qarşı çıxdığı halda, Yunanıstanın da dəstəyini istəyirdi. Blinken Yunanıstanın baş naziri Kyriakos Mitsotakisdən F-16-ların Türkiyəyə veriləcəyi təqdirdə Yunanıstanın hansı şərtlərdə özünü rahat hiss edəcəyini soruşub.

Saytların yığılması Saytların yığılması

65b56139eb6d7b5e882463c2.jpg (61 KB)

Payız-qış aylarında Blinken və Fidan, demək olar ki, hər həftə telefonla danışıblar. Ötən həftə Türkiyə Böyük Millət Məclisinin və Ərdoğanın təsdiqindən sonra İsveçin NATO-ya üzv olmasını dəstəkləyən sənədlər Vaşinqtona çatdırılaraq ABŞ Dövlət Departamentində NATO-nun seyfinə yerləşdirilib. Daha sonra satış üçün Bayden administrasiyası tərəfindən Konqresə yaşıl işıq yandırıldı. Amerikanın “Nyu York Times” qəzeti də İsveçin NATO-da iştirakını təsdiq edən sənədlərin cümə günü Türkiyədən gətirildiyini və Nyu Yorkdakı ABŞ rəsmilərinə çatdırıldığını yazıb.

İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsindən sonra ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland sabah danışıqlar üçün Ankaraya səfər edəcək.

Daha əvvəl planlaşdırılan səfərin gündəmində F-16 prosesi, ABŞ-YPG münasibətləri və hətta ABŞ-ın Suriyadan çıxması məsələsi də var. Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində reallaşacaq səfər zamanı Nuland xarici işlər nazirinin müavini Burak Akçapar və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıçla görüşəcək.

Səfərin əsas gündəmi F-16 prosesidir. Türkiyə İsveçin üzvlüyünü təsdiqlədikdən sonra Ankaradan bir səlahiyyətli ABŞ-a gedərək təsdiq sənədlərini ABŞ Dövlət Departamentinə çatdırıb. Daha sonra ABŞ Administrasiyası F-16-ların Türkiyəyə satışı ilə bağlı Konqresə rəsmi bildiriş göndərib.

httpsbucketeer-e05bbc84-baa3-437.jpg (1.07 MB)

“Hürriyet”in əldə etdiyi məlumata görə, Finlandiyanın təsdiqedici sənədlərini o vaxtkı xarici işlər naziri Mövlud Çavuşoğlu göndərib. Nulandla görüşdə Ankara F16 prosesinin gedişi ilə bağlı iki ölkə arasında əldə olunan razılaşmanı xatırladacaq və gözləntilərini bir daha ifadə edəcək.

İclasın digər gündəm mövzusu isə xarici mətbuatda yer alan “ABŞ Suriyadan çəkilir” iddiası olacaq. ABŞ-ın Suriyada İŞİD-ə qarşı mübarizə adı altında terror təşkilatı PKK/YPG-yə verdiyi dəstək Ankaranı uzun müddətdir narahat edir. Türkiyə rəsmiləri Nulanddan geri çəkilmənin gündəmdə olub-olmadığını və bununla bağlı Vaşinqtonda konkret planın müzakirə edilib-edilmədiyini soruşacaq.

Bənzər yazılar